Elektrik yarımstansiyası yenidən qurulur - 15,6 milyon manatlıq tender
İqtisadiyyat
1440
08 Jan 2025 | 12:10

Elektrik yarımstansiyası yenidən qurulur - 15,6 milyon manatlıq tender

"Azərişıq" Açıq Səhdar Cəmiyyəti 15.645.130,41 manatlıq tender elan edib.
 
Moderator.az xəbər verir ki, vəsaitə Bərdə şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması işləri daxildir.
 
İddiaçılardan təkliflərini fevralın 11-nə qədər təqdim etmək tələb olunur. Zərflər elə həmin gün açılacaq. Tələb olunan iddiaçıların sayı üçdür. Müsabiqədə iştirak haqqı 2 347 manat təşkil edir.
 
Link kopyalandı!
Son xəbərlər