Valyuta ehtiyatlarımız niyə azalır?
İqtisadiyyat
1522
08 Jan 2025 | 11:06

Valyuta ehtiyatlarımız niyə azalır?

1 yanvar 2025-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, bankın valyuta ehtiyatları illik müqayisədə 654 milyon ABŞ dolları və ya 5,6% azalıb. 
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 11 milyard 613 milyon dollara bərabər olub.
 
 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Cəfər  İbrahimli bildirib ki, Mərkəzi Bankın açıqladığı valyuta məzənnələri bazar şərtlərinə uyğun olaraq mütəmadi dəyişir:
 
“Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatları bazarın tələb və  təklifini qarşılamaq üçün istifadə olunur. Mərkəzi Bank mütəmadi həm alış, həm də satış yönlü əməliyyatlar aparır. Keçən illə cari ili müqayisə etsək, valyuta ehtiyatlarımızda azalma var: amma əslində bu o qədər böyük bir azalma deyil. Nəzərə alsaq ki, əvvəlki illərdə də mütəmadi olaraq artım müşahidə olunurdu. Devalvasiyadan sonra dedollarlaşma  yəni insanların dolları sataraq manatla mövqe tutmaları və ya manatla investisiya etmələri Mərkəzi Bankın mütəmadi ehtiyatlarının artmasına səbəb olurdu. Cari ildə görünən odur ki, müxtəlif tədbirlər çərçivəsində, xüsusilə Qarabağda həyata keçirilən yenidənqurma işləri valyutaya olan tələbatı artırıb. Eyni zamanda, iqtisadi subyektlərin – həm hüquqi, həm də fiziki şəxslərin – yığımlarını və investisiyalarının bir hissəsini valyutaya çevirmək ehtiyacı hiss etdikləri ehtimal olunur. Həm daxili, həm də xarici bazarda qısamüddətli investisiyalar mövcuddur. Bu çərçivədə müəyyən azalma müşahidə olunur, lakin bu azalma ciddi həcmdə deyil. Ümumilikdə rəqəmlərə baxdıqda, bu ritm normal bir dəyişimdir. Bu anormal bir hərəkət və ya valyutaya olan tələbin ciddi şəkildə artdığına dair açıq göstərici deyil”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər