Bizi sosial şəbəkələrdən izləyin:
"SOCAR Petrol Ticarət" yanacağın, xam neftin, aviasiya və dəniz yanacaqlarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərir. 8 ədəd İstanbul yeni hava limanında, 2 ədəd Şimali Mərmərə şossesində, 2 ədəd İzmirin Əliağa rayonunda, 1 ədəd Kocaeli şəhərinin Şekerpınar qəsəbəsində, 1 ədəd Yalova şəhəri RO-RO Gömrük Terminalında SOCAR Petrol tərəfindən idarə olunan 14 ədəd və dilerlər tərəfindən idarə olunan 129 yanacaqdoldurma məntəqəsi ilə istehlakçılara xidmət göstərir.
Moderator.az xəbər verir ki, bunu "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"SOCAR Petrol Ticarət" “İstanbul Kimyəvi Maddələr və Məhsullar İxracatçıları Birliyi” (İKMİB) tərəfindən verilən “2023 İxracatın Ulduzları Mükafatları”nda “Mineral Yanacaq” kateqoriyasında birinci olub. "SOCAR Petrol Ticarət" “Capital” jurnalının açıqladığı Türkiyənin ən böyük şirkətlərinin illik siyahısı olan “Capital 500” siyahısında 2023-cü il üzrə 56-cı yerdə qərarlaşıb.