STAR Neft Emalı Zavodunun 2024-cü il göstəriciləri açıqlandı - RƏSMİ
İqtisadiyyat
1353
06 Jan 2025 | 12:36

STAR Neft Emalı Zavodunun 2024-cü il göstəriciləri açıqlandı - RƏSMİ

STAR Neft Emalı Zavodu (NEZ) 19 oktyabr 2018-ci il tarixində beynəlxalq mərasimlə fəaliyyətə başlayıb. Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” Sertifikatına sahib olan STAR NEZ emal və neft-kimya inteqrasiyasını təmin edərək, ölkənin tək nöqtəyə edilən ən böyük real sektor investisiyasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı SOCAR Türkiyənin icraçı direktoru Elçin İbadov verib.
 
O, son illərin uğurlarını aşağıdakı rəqəmlərlə ifadə edib:
 
- Xam neftin emalı həcmi: 2024-cü ilin sonuna qədər illik 13 milyon tona çatdırılıb.
 
- İstehsal gücündən istifadə əmsalı: 2023-cü ildə 117,1% təşkil edib.
 
- Türkiyənin emal olunmuş neft məhsullarına töhfəsi: 2023-cü ildə bu məhsullara olan ehtiyacın 18%-i STAR NEZ tərəfindən təmin edilib.
 
- Əsas istehsal məhsulları Dizel, nafta, aviasiya yanacağı və LPG. Zavodun istehsal etdiyi illik nafta, “Petkim”in xammal ehtiyacını demək olar ki, tamamilə ödəyir.
 
Nailiyyətlər və Mükafatlar:
 
Dünya İqtisadi Forumu (WEF): STAR NEZ 2021-ci ildə “Global Lighthouse Network” platformasına qoşulan ilk neft emalı zavodu olub. 2023-cü ildə Egey Zonası Sənaye Palatasının “100 Ən Böyük Şirkət” siyahısında birinci yeri tutub. İstanbul Sənaye Palatasının “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” 2023 Araşdırmasında üçüncü yerdə qərarlaşıb".
 
Elçin İbadov qeyd edib ki, 2023-cü ildə “Capital” jurnalının Türkiyənin ən böyük şirkətləri reytinqində 11-ci yeri tutub:
 
"Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı 2023 siyahısında 11-ci yerdə qərarlaşmışıq.
 
STAR NEZ yalnız Türkiyənin deyil, regionun enerji və sənaye sektorunda mühüm rol oynayır. Zavod həm ölkənin iqtisadi inkişafına böyük töhfələr verir, həm də SOCAR-ın qlobal səviyyədə strateji mövqeyini gücləndirir".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər