“Rusiya çalışacaq Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın, amma...”
İqtisadiyyat
2661
04 Jan 2025 | 17:25

“Rusiya çalışacaq Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın, amma...”

Xəbər verdiyimiz kimi 2025-ci il yanvarın 1-də Rusiya qazının Ukrayna üzərindən Avropaya tranziti dayandırıldı. Ukrayna  Rusiyanın “Qazprom” şirkəti ilə müqaviləni yeniləməkdən imtina edərək bunu “milli təhlükəsizlik maraqları” ilə izah etdi. Avropa Komissiyası Mərkəzi və Şərqi Avropaya qaz tədarükünün təhlükəsizliyinə heç bir təhlükə olmadığını bəyan edib. Tranzitin dayandırılmasının nəticələri daha çox Moldovada hiss olunub. Slovakiya, Çexiya və Avstriya kimi Rusiya qazının digər alıcıları alternativ tədarük marşrutları artıq yaradıblar. Macarıstan Rusiya qazını “Türk axını” qaz kəməri ilə almağa davam edəcək.
 
Qaz tranzitinin dayandırılması və onun nəticələri barədə Moderator.az-a  danışan siyasi şərhçi Məhəmməd Əsəddullazadənin  sözlərinə görə,Ukrayna Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi, Kremlin böyük bazar itirməsinə səbəb oldu:
 
“Bununla da Rusiyanın Avropaya qaz ixracına son qoyuldu. Rusiya milyardlarla dollar vəsait itirdi. Bu, Rusiyanın valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxaracaq. Avropa Rusiyanın Qərb banklarında vəsaitini bloklayib. Bir tərəfdən  qaz alışını dayandırdı. Avropa sanksiyaları daha da genişləndirir. Məhz ABŞ əsas strateji hədəfi Avropani Rusiya qazından asılılığına son qoymaq idi. Rusiya Türkiyə vasitəsilə çalışacaq ki, öz qaz ixracını həyata keçirsin. Avropa İttifaqı müəyyən dərəcədə buna yaşıl işıq yandıra bilər. Amma, ABŞ-ın  burada siyasəti Trampın verəcəyi qərardan aslıdır.  Avropa Rusiya qazından imtina etməklə,  öz enerji müstəqilliyini də təmin etmiş oldu. Demək olar ki, Rusiya və Avropa arasında dərin uçurum yaranmasına gətirib çıxardı. Ukraynanın belə bir qərar qəbul etməsi Vasinqton və Londondan verilən təlimatlar əsasında həyata keçirildi”.
 
Siyasi şərhçi hesab edir ki, Avropanın Rusiya qazından imtinasi Azərbaycan qazının imkanlarıni genişləndirir:
 
“Rusiya çalışacaq Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın, amma Azərbaycanin texniki imkanları milyardlarla kubmetr Rusiya qazını daşınmasına imkan vermir. Azərbaycan Rusiya qazının alışına getməsi riskilidir. Qərb Azərbaycan qazına sanksiyalar tətbiq edə bilər.  Azərbaycan üçün Avropanin qaz bazarında  unikal şərait yaranib. Vaxtı ilə "Qazprom" İtaliyada TAP qaz boru kəmərinin çəkilməsinin qarşısını almaq üçün " ekofəallardan" istifadə edirdi. Rusiya daima Azərbaycan qazının Avropaya ixracına qısqanclıqla yanaşırdı. Artiq Rusiyanın qazına blok qoyuldu”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər