İqtisadiyyat
1683
02 Jan 2025 | 19:37

"Azərbaycan iqtisadiyyatı bu kimi ssenarilərə hazırdır" - 2025-ci ilin neft bazarından gözləntilər 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,24% artaraq 1 barelə görə 74.82 ABŞ dolları təşkil edib.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,26% artaraq 1 barelə görə 71.91 ABŞ dollarına bərabər olub.
 
Bəs görəsən 2025-ci ildə dünya neft bazarından gözləntilər nələrdir? Bu ildə neft qiymətlərində hansı dəyişikliklər gözlənilir?
 
 
Məsələ ilə bağlı Moderator.az-a  
açıqlama verən iqtisadçı ekspert Samir Heydərov bildirib ki, 2025 ci ildə neftin qiymətinə təsir göstərə biləcək əhəmiyyətli hadisələrdən biri, bəlkə də birincisi ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsidir.
İqtisadçı qeyd edib ki, Tramp hakimiyyətə gəlməmişdən az əvvəl seçkidən sonra həyata keçirəcəyi tədbirlər sırasında  Avropa Birliyi  və Çinlə ticarət müharibəsi böyük yer alır:
 
“Ticarət müharibələri özündə tariflərin qaldırılmasını ehtiva edir. Bu halda əmtəələrin qiymətini artırır və onlara olan tələb azalır. Bu halda onların istehsalında, istifadə və daşınmasında istehlak olunan neft və  təbii qaza olan tələb azalır və nəticədə neftin, təbii qazın  qiyməti, eyni zamanda dünyada iqtisadi artım azalır. İkincisi, respublikaçılar ənənəvi olaraq neft maqnatlarına bağlıdırlar. Bu baxımdan, neftin hasilatında ABŞ-da, o cümlədən, OPEC-ə daxil olmayan Kanada və Braziliyada artım gözlənilir. Ehtimal olunur ki, bu ölkələr əlavə olaraq Trumpın lozunqlarından biri "Drill baby drill" (yəni "qaz əzizim qaz") neft hasilatını sutkalıq 1.5 milyon barel qaldıracaq. Bu baxımdan, Trumpın dönəmində ABŞ neft bazarında payını artırmağa çalışacaqdır. Buna bağlı olaraq OPEC+ ölkələri də bazar paylarının azalmasının qarşısını almaq üçün hasilatı artıra bilərlər. Baxmayaraq ki, hasilatın məhdudlaşdırılması ilə bağlı qarşıdakı 1 il ərzində razılıq əldə ediblər”.
 
Samir Heydərov vurğulayıb ki, bu baxımdan Avropa Birliyi və Çində tələbin azalması,  cümlədən ticarət müharibələri neftin qiymətin azalda biləcək faktorlardır: "Misal olaraq onu deyə bilərəm ki, artıq Rusiyada bir çox ekspertlər və  bir çox neft maqnatları neftin qiymətinin 2025-ci ilin may ayında 1 barel üzrə 50 ABŞ dollarına düşəcəyini bildirirlər. Təbii ki, bu ehtimallar öncədən həllini tapıb. Bu neqativ faktorlar nəzərə çarpacaq səviyyədə olmaya da bilər. Azərbaycan iqtisadiyyatı bu kimi ssenarilərə hazırdır. Hökumət 2025-ci ilin büdcəsində neftin qiymətinin barel üzrə 70 dollar təyin edərkən bu kimi ssenariləri nəzərə alıb. Ölkəmizin dünya iqtisadiyyatında baş verə biləcək istənilən arzuolunmaz hadisələrə qarşı əks tədbirləri vardır. Bundan əvvəlki illərdə də  Azərbaycan hökumətinin necə məharətlə bu kimi hallarda uğurlu siyasət izlədiyinin hər birimiz şahidi olmuşuq”.
Link kopyalandı!
Son xəbərlər