Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda neft-qaz sektorunda çalışan işçilərin orta əmək haqqı qeyri neft-qaz sektorunda çalışanlardan 4 dəfəyə yaxın çoxdur.
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında əməkhaqqı neft-qaz sektorunda 3706,2 manat, qeyri neft-qaz sektorunda isə 943,3 manat olub.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub.