Avropada təbii qaz qiymətləri azalıb
İqtisadiyyat
2077
01 Jan 2025 | 20:06

Avropada təbii qaz qiymətləri azalıb

Avropada orta qaz qiyməti 2024-cü ilin nəticələrinə görə 17% azalıb.

 
Moderator.az TASS-a istinadən bildirir ki, bu, "London ICE" birjasının məlumatlarından bəlli olub.
 
Birjanın məlumatına görə, 2024-cü ilin sonunda qaz qiyməti 1000 kubmetr üçün 387 dollara düşüb. Bir il əvvəl qiymət 464 dollar, 2022-ci ildə isə 1400 dollar təşkil edib.
 
Bununla belə, 31 dekabr 2024-cü ildə ticarət təxminən 539 dollar səviyyəsində bağlanıb ki, bu da ötən ayın sonu ilə müqayisədə 3.5% çox və 2024-cü ilin sonu ilə müqayisədə 47% yüksəkdir.
 
2024-cü ilin son günlərində qiymət artımı Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması gözləntisi fonunda baş verib.
Link kopyalandı!
Son xəbərlər