“Minimum əməkhaqqı qalxmamışdan  əvvəl qiymətlər artır”
İqtisadiyyat
1456
24 Dec 2024 | 15:29

“Minimum əməkhaqqı qalxmamışdan  əvvəl qiymətlər artır”

 “İqtisadi  tələb qiymət artımını qaçınılmaz edir. Bu artımı dayandırmaq və ya ona ciddi təsir etmək faktiki olaraq mümkün deyil, çünki iqtisadi bazarın öz qanunauyğunluqları var”
 
Bu fikirləri Moderator.az-a iqtisadçı Rauf Qarayev deyib.
 
Onun sözlərin görə,  bazarda sün’i qiymət artımları da müşahidə olunur ki, bu da ümumilikdə iqtisadi şəraitə əlavə təzyiq yaradan amillərdəndir:
 
 “Mövcud vəziyyət o həddə çatıb ki, minimum əməkhaqqı qalxmazdan əvvəl qiymətlər artır. Bundan sonra minimum əmək haqqının və pensiyanın artırılması həyata keçirilir. Minimum əməkhaqqının artmasına səbəb inflyasiya prosesləridir. Bazardakı qiymət artımlarına etiraz edilirsə, bu etirazlar qismən də olsa nəzərə alınır və Milli Məclisin deputatlarının çıxışlarında da bunları görmək olar.
Bəzi mütəxəssislər minimum əməkhaqqının  30-80 manat arası bir artımla daha real ola biləcəyini irəli sürsələr də, inflyasiya prosesləri və bazardakı qiymət artımları 400 manat minimum əmək haqqı tələbinə gətirib çıxarıb. Milli Məclisin deputatı  Əli Məsimli bu mövzuda çıxış edərək BMT qarşısında öhdəliklərimizin çərçivəsində orta əməkhaqqının  müəyyən faizi qismində minimum  əməkhaqqı olaraq müəyyən edilməsinin vacibliyini vurğulamışdı. Deputat  orta əməkhaqqı 1000 manata yaxın olduğundan minimum əməkhaqqının 600 manat civarında olması təklifini söyləmişdir. İqtisadi reallıqlar bir anda bu cür artımı mümkün etmədiyindən, 400 manat minimum əməkhaqqı olaraq əsas götürüldü. Hazırda ictimai rəy, ekspert müzakirələri və real iqtisadi şərait hökuməti bu istiqamətdə addımlar atmağa məcbur edir. Minimum əməkhaqqının 400 manatın üstündə olması, ən azı minimal tələblərin qismən qarşılanması üçün vacibdir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər