“FED-in qərarının neft bazarında təlatüm yaradacağı ehtimalı azdır” - Açıqlama
İqtisadiyyat
539
09:44, Bu gün

“FED-in qərarının neft bazarında təlatüm yaradacağı ehtimalı azdır” - Açıqlama

JPMorgan analitikləri dünya bazarında neftin 2025-ci ildə sutkada 1,2 milyon barel, 2026-cı ildə isə 900 min barel miqdarında artıq olacağını proqnozlaşdırırlar.
Bu həftə bazara təzyiq baza dərəcəsini 25 baza bəndi aşağı salan, ABŞ Federal Ehtiyat Sisteminin iclasının nəticələri ilə bağlı oldu. Bu qərarın fonunda bu həftənin əvvəlindən həm Brent, həm də WTI markalı neft 2,5%-dən çox ucuzlaşıb.
Treyderlər həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını da ölçü götürürlər. O, Aİ ölkələri Amerika neft və qazının alışını artırmasa, Avropa mallarının idxalına rüsumları artıracağı ilə hədələyib.
 
 
Bu barədə Moderator.az –a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki,hazırda  London birjasında neftin qiymətləri 73 dollardan yuxarı səviyyədə ticarət edilir:
 
 “Ümumilikdə, noyabrın əvvəlindən neftin qiymətləri 71-73 dollar dəhlizində satılıb.  Nadir hallarda bu aralıqdan kənara çıxılıb: bir neçə hərracda qiymət 74 dolları ötüb, iki dəfə isə 70 dollar həddinə  düşüb. İlin sonuna sayılı günlər qalıb, amma neftin qiyməti stabildir. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı dördüncü rübdə 200,000 neft hasilatını artırıb. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarındaki hasilat artsa da,  ancaq istehlakın artımı ilə əlaqədar olaraq bazara hansısa hiss ediləcək təsirdə olmayıb. Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini endirməsi, neft bazarında təlatüm yaradacağı ehtimal edilmir.
Valyuta bazarlarına görə, avronun dollara nisbətə kursu sentyabrın 27-də 1.12 olsa da, son həftədə 1.04-ə düşüb. Bahalı pul siyasəti adətən neft qiymətlərinin aşağı düşməsi ilə nəticələnsə də, bu faktor son aylarda tələb-təklif balansını pozmayıb. Trampın prezidentlik dövründə verdiyi direktivlərə qədər ciddi dəyişiklik gözlənmir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər