Banka kredit borcu olanların maaşından bu qədər TUTULACAQ 
İqtisadiyyat
366
17:35, Bu gün

Banka kredit borcu olanların maaşından bu qədər TUTULACAQ 

Vətəndaş bankdan kredit götürüb, daha sonra əmlakını, işini itirib və banka olan borcunu qaytara bilmir. Bu halda bank həmin şəxsə qarşı hansı tədbirləri görə bilər? Əgər bank vətəndaşı məhkəməyə verərsə, həmin şəxs inzibati qaydada həbs edilə bilərmi? Digər halda banka kredit borcu olanların maaşından nə qədər tutulur? 

Hüquqşünas Emil Aslanov mövzu ilə bağlı Moderator.az-a danışarkən qeyd etdi ki, banka kredit borcu olanlardan maaşlarının 50 faizindən artığının tutulması qadağandır, yalnız bir situasiya olmazsa: 

"İcra haqqında" qanunun  65-ci maddəsində borclunun əməkhaqqından və digər gəlirlərindən tutulan  məbləğin miqdarı müyyən edilir. Həmin maddədnin 65.1 bəndində qeyd edilir ki, icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutlan maaşın 50 faizindən çox ola bilməz. İstisnalar var, o halda ki, əgər şəxs alimentin tutulmasında, ya da sağlamlığa vurulmuş ziyan halları baş verərsə, maaşın 70 faizdən çoxu tutula bilməz. Normal hallarda isə şəxsin banklarda maaşından və digər glirlərindən 50 faizindən çox tutula bilməz. Yalnız sağlamlığa zərər verildikdə, aliment məsələlərində məhkəmə qətnaməsi olduqda 70 faizə qədər tutula bilər".

Link kopyalandı!
Son xəbərlər