“Maliyyə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir” 
İqtisadiyyat
236
13:40, Bu gün

“Maliyyə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir” 

Xəbər verdiyimiz kimi “Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib
Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.
 
 
Bu barədə Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri  Eyyub Hüseynov bildirir ki, müsir iqtisadiyyatda istehlakçılar bazarın əsas subyektidir:
 
“İstehlakçıların davranışı, tələbatı və reaksiyaları iqtisadiyyatın ümumi istiqamətini müyyənləşdirir. Buna baxmayaraq, bir çox hallarda dövlət orqanları istehlakçılarla əlaqə qurmaqda çətinliklər yaşayır. Bu problem ölkəmizin bir çox vacib qurumlarında, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi və Vergilər Nazirliyində özünü göstərir. Dövlət orqanları istehlakçıları öz partnyorlarına çevirmək üçün lazımi addımlar atmır.  Bir sözlə, dövlət orqanları gərək istehlakçıları özünün valantyoruna - köməkçisinə çevirə bilsin.
Hər şey istehlakçıdan asılıdır. Əgər istehlakçılar nağdsız ödənişlərdə “kartdan-karta” köçürmələrindən istifadə etməsə bu maliyyə sanksiyaları baş verməz. İstehlakçılar hökumətin apardığı siyasəti dəstəkləsə, nə  sahibkar əziyyət  çəkər, nə də ki, dövlətin büdcəsi təsirlənər. Və əlbəttə,  maliyyə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir. Xüsusən maliyyə sanksiyaları  meyvə  və tərəvəz dükanlarında, avtopark xidmətlərində , bu və digər iaşə sahələrində daha çox  tətbiq edilir. Cərimələr zəruridir, lakin kafi deyil”. 
 
Eyyub Hüseynov qeyd edir ki, tətbiq edilən cərimələr istehlakçıdan çıxır və cərimə siyasəti istehlakçının zərərinədir:
 
“Bu yaxınlarda spirtli içkilərin  minimum qiymətinin qaldırılması da  istehlakçıların zərərinə gətirib çıxarır. Bəli, istehlakçı qabaqlar qiymətdə udurdu, keyfiyyətdə uduzurdu. İndi isə istehlakçılar həm keyfiyyətdə uduzacaq, həm də qiymətdə uduzacaq. İaşə obyektləri və kiçik biznes sahələrində tətbiq edilən yüksək cərimələr istehlak xərcini artırır. Bu nəticədə istehlakçını keyfiyyətsiz və saxta məhsul istehsalına istiqamətləndirə bilər. Ona görə də təklif edirəm ki, hökumət təşkilatları kütləvi informasiya vasitələri və istehlakçı qrupları ilə ciddi işləsin”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər