Bizi sosial şəbəkələrdən izləyin:
Ümumdünya Qızıl Şurasının hesabatında 2024-cü il qızıl bazarında zirvə ili kimi qeydə alınıb.
Hesabatda qeyd olunur ki, bu il qızılın qiyməti 2023-ü ilə müqayisədə 28 faizdən çox artıb. Bu artım nəticəsində 2024-cü il qızılın son onillikdə ən yüksək illik performansını göstərən il olaraq tarixə düşüb.
2024-cü ildə qızıl qiymətləri 40 dəfə rekord həddə çatdı. İlin üçüncü rübündə ümumi qızıl tələbi ilk dəfə 100 milyard dolları ötdü. Bu nailiyyətlər mərkəzi bankların qızıl ehtiyatlarını artırmaqda davam etməsi və maliyyə bazarlarındakı qeyri-mübəynliyə reaksiyası kimi faktorlarla izah olunur.
2025-ci ilin proqnozlarında diqqətlər ticarət müharibələrinə və geosiyasi hadisələrin qızıl qiymətlərinə təsirinə cəmləşir.
Hesabatda qeyd olunur ki, Donald Trampın ikinci prezidentlik dövründə həyata keçiriləcək siyasətlər ABŞ iqtisadiyyatına təsir etməklə yanaşı, beynəlxalq investorlar arasında narahatlıq yarada bilər.
ABŞ Federal Ehtiyat Sistemi (FED) 2025-ci ilin sonuna qədər siyasət faizini 100 baza bəndi endirməyi planlaşdırsa da, inflyasiyanın hədəfin üstündə qalacağı proqnozlaşdırılır.
Avropa mərkəzi bankları faiz endirimlərinə davam edəcək və bu məqamların hamısı qızıl bazarını müəyyən dərəcədə şəkildənləndirəcək.
FED-in daha yumşaq monetar siyasətə keçidi qızıl qiymətlərini dəstəkləsə də, uzunmüdətli fasilələr və ya siyasət dəyişiklikləri tələbi azalda bilər.
Bu proqnozlar fonunda, 2025-ci il qızıl qiymətlərinin bu ilin son hissəsində şahid olunan diapazonlarda davam etməsi gözlənilir.
Hindistan və Çin qızılın əsas bazarları olaraq qalır. Asiya illik qızıl tələbatının 60 faizə yaxınını təşkil edir. Ümumi olaraq, 2025-ci il qızıl bazarı üçün çətin, amma potensial baxımdan maraqlı bir il olacaq. Ticarət müharibələri, geosiyasi hadisələr və mərkəzi bankların siyasətləri qızılın gələcəyini formalaşdıracaq. Bu il investorları daha diqqətli və strateji yanaşma göstərməyə təhrik edəcək.
Mehin Mehmanqızı