Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı artıb.
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında ölkədə 11 3282,4 milyon manatlıq ÜDM istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 104,2 manata bərabər olub.