2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4 milyard 522 milyon 578 min ABŞ dolları təşkil edib.
Moderator.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 3,4% çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya yatıran 10 ölkə bunlar olub:
Ölkələr Məbləğ (dollar)
Birləşmiş Krallıq 1,3 milyard
Türkiyə 912 milyon
Kipr 553,7 milyon
Birləşmiş Ərəb Əmirlikləri 356,3 milyon
İran 275,9 milyon
Yaponiya 180,6 milyon
Macarıstan 133,8 milyon
Norveç 102,6 milyon
Amerika Birləşmiş Ştatları 102,2 milyon
Rusiya 97,9 milyon
Fransa 91,6 milyon