Özəl pensiya fondları nələri dəyişəcək?
İqtisadiyyat
2237
10 Dec 2024 | 17:22

Özəl pensiya fondları nələri dəyişəcək?

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır. 
 Bəs özəl pensiya fondları nələri dəyişəcək?
 
 
Bu barədə Moderator.az- a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, Sovetlər Birliyindən sonra MDB ərazisindəki istər pensiya, istərsə də maaş sistemində bu günə qədər  istehlak səbətinin real gündəminə cavab verən bir tam mühit formalaşdırıla bilmir:
 
“Əksər əhalinin çox hissəsi minimum əmək haqqı səviyyəsinə uyğun pensiya alır. Bu nöqteyi nəzərdən özəl fondların yaradılması çətin olacaq. Özəl pensiya modeli çərçivəsində vətəndaşların pensiya ödənişlərinin bir hissəsi xüsusi olaraq yaradılmış özəl pensiya fondlarına yönləndirilir. Bu fondlar yığım kapitalı prinsipi ilə fəaliyyət göstərir, yəni fondlara yatırılan vəsaitlər müxtəlif investisiya alətləri vasitəsilə dövriyyəyə buraxılır. Bunun nəticəsində yığılan pullar əlavə gəlir əldə edir və pensiya yığımının ümumi məbləği artır. Gəlirlərin bir hissəsi yığımın məsəsələn, 50 faizi gələcəkdə pensiya yaşına çatdıqda vətəndaş özü kapitalı götürərək hansısa bir biznes mühitinin, sahibkarlıq fəaliyyətinin istifadəsində yararlana biləcəkdir. Əhalinin böyük hissəsi, vətəndaş pensiya yaşına  çatmırsa, dünyasını dəyişirsə, pensiyanın  öz ailəsinə çatdırılmasının tərəfdarıdıdır. Bu göstərici ən optimal variantlardandır və eyni zamanda da əhalinin ən çox istədiyi bir göstəricidir”.
 
İqtisadçı bildirib ki,  özəl pensiya fondlarının yaradılmasına və vətəndaşlara xidmət etməsinə ümid edirik:
 
“Özəl pensiya fondunun yaradılması günün tələbini əhatə edən bir modeldir və  çoxdan tətbiq olunmalı idi. Özəl fondların yaradılması  risklərini  nəzərə alsaq, kapital itkisinə yol verilməməsi üçün hökumət tərəfindən yığım hissəsinin sığortalanması da baş verərsə, insanların  pensiya fondu sisteminə inamını artıracaq. Bu yığımların səmərəliliyinə şərait yaradacaq. Beləliklə də, iqtisadiyyatın ən vacib olan hissəsi olan pensiya fondu təkmilləşdiriləcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər