POS-terminalların tətbiqi taksilərin qiymətinə təsir edəcəkmi? 
1750
06 Dec 2024 | 14:35

POS-terminalların tətbiqi taksilərin qiymətinə təsir edəcəkmi? 

Bakı şəhərində taksi xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra yeniliklər həyata keçirilir. Bakı Taksi Xidməti MMC tərəfindən ölkəyə gətirilən bəzi  taksilərdə POS-terminalların quraşdırılması bu yeniliklərdən biridir. Bu təşəbbüs, həm yerli vətəndaşların, həm də xarici turistlərin nəqliyyat ödənişlərini nağdsız həyata keçirməsinə imkan yaradır. Qısa zaman ərzində  bu sistem vasitəsilə 4178 əməliyyat həyata keçirilib və ümumilikdə 146 min manat dövriyyə yaranıb. 
 
 
Bu barədə Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov, POS-terminalların taksilərdə istifadəsinin vacibliyini vurğulayıb.
 
O, qeyd edib ki,  Post- terminalların quraşdırılması məcburidir və bu, olmalıdır:
 
"POS - terminalların tətbiqi  sürücülərin və sərnişinlərin işini asanlaşdıracaq. POS-terminallar sürücülərin qazandığı məbləğləri vaxtında almasına kömək edir. Çünki bu günə qədər bəzi xarici taksi şirkətləri sürücülərin qazandığı nağdsız ödənişləri vaxtında ödəmirdilər, nəticədə taksi sürücüləri kartla edilən sifarişdən imtina edirdilər. Lakin POS-terminalların tətbiqi  bu kimi problemləri aradan qaldıracaq. Artıq sürücülər nağdsız ödənişləri birbaşa öz hesablarına qəbul edə biləcəklər, bu da hər iki tərəfin rahatlığını təmin edəcək".
 
Ekspert qeyd edib ki, POS-terminalların tətbiqi taksi qiymətlərinə təsir etməyəcək:
 
“Çünki hər bir taksi sürücüsü artıq vergi ödəyir və bu sistem yalnız mövcud vergi və maliyyə strukturlarına uyğun şəkildə fəaliyyət göstərir. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərdə VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olması zəruridir. Bu o deməkdir ki, hər bir taksi sürücüsü, istər fərdi sahibkar, istərsə də taksi parkının tərkibində işləsin, qanunla müəyyən olunmuş vergiləri ödəyir və POS-terminalların quraşdırılması bu prosesə heç bir əlavə yük yaratmayacaq. Belə  yeniliklər sərnişinlərin ödənişləri daha rahat şəkildə etməsinə imkan tanıyır, çünki nağd pula ehtiyac qalmır və  əməliyyatlar sürətli şəkildə tamamlanır.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər