2025-ci il üçün şokedici proqnozlar -
İqtisadiyyat
511
04 Dec 2024 | 23:53

2025-ci il üçün şokedici proqnozlar - "Saxo Bank"

"Tramp dolları çökdürəcək, OPEK yox olacaq, insan uzunömürlülüyü erası gələcək..."
 
Danimarkanın "Saxo Bank" investisiya bankı ənənəvi olaraq qarşıdakı il üçün "şokedici proqnozlar" dərc edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "bcs-express.ru" nəşri məlumat yayıb.
 
Siyahıda, bankın analitiklərinin fikrincə, az ehtimal edilən, lakin dünya iqtisadiyyatına xeyli təsir edə biləcək səkkiz "qorxunc proqnoz" yer alıb.
 
1. Əgər Tramp-1 qloballaşsızdırılmanın məşqi olubsa, Tramp-2 ABŞ dolları üçün mənfi nəticələri olan başlıca hadisə olacaq. Ekspertlərin fikrincə, Amerikanın sabiq və yeni prezidenti bütün idxala rüsumlar tətbiq edərək və eyni zamanda kəsiri azaldaraq dolları "partladacaq". Nəticədə dollar əsas valyutalara nisbətən 20 faiz çökəcək, kriptovalyuta bazarı isə birdən-birə dörd dəfə artacaq.
 
2. "Nvidia" şirkətinin kapitalı artaraq "Apple" şirkətinin dəyərindən iki dəfə çoxalacaq. Bu, süni intellekt hesablamalarının məhsuldarlığını 25 dəfə artıran "Blackwell" çiplərinin bazara çıxarılmasının nəticəsində baş verəcək. 
 
3. Çin iqtisadiyyatın stimullaşdırılmasına 50 trilyon yuan ayıracaq. ÇXR hakimiyyəti həmçinin əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olacaq, bu da istehlakı artıracaq, yuan möhkəmlənəcək, xammalın qiymətləri artacaq.
 
4. Elmi-sağlamlaşdırıcı tərəqqi əldə ediləcək. Bank mütəxəssisləri hesab edir ki, gələcəkdə alimlər 3D çapının köməyilə tam fəaliyyət göstərən insan ürəyi yarada biləcək. Bu, insanın ömrünü uzadacaq, habelə digər mürəkkəb orqanların bioçapı sahəsində innovasiyalara yol açacaq. Nəticədə insanlar zədələnən orqanlarını sifarişlə hazırlanan orqanlarla əvəzləyəcək.
 
5. Neft İxrac Edən Ölkələr Təşkilatı- OPEK  neft istehlakının aşağı düşməsi və elektromobillərə tələbatın kəskin artması səbəbindən öz rolunu itirəcək. Bu, xammalın qiymətinin aşağı düşməsinə, alyansdan əsas iştirakçıların getməsinə gətirib çıxaracaq, nəticədə təşkilatın mövcudluğuna son qoyulacaq.
 
6. ABŞ elektrik enerjisi qiymətlərinin kəskin artması səbəbindən süni intellekt məlumatlarının emalı mərkəzləri üçün vergilər tətbiq edəcək. Əldə edilən gəlirlər bərpa edilən enerji mənbələrinin inkişafına və təbii qazla işləyən elektrik stansiyalarının inşasına yönəldiləcək. Belə tədbirlər qazın bahalaşmasına gətirib çıxaracaq və yeni inflyasiyanı stimullaşdıracaq. Həmçinin analitiklərin fikrincə, 2025-ci ildə ABŞ-da energetika infrastrukturuna çoxsaylı investisiyalar gözlənilir.
 
7. Təbii fəlakətlər ilk dəfə olaraq iri sığorta şirkətinin müflis olmasına gətirir. Yer kürəsində iqlim dəyişikliyi səbəbindən ABŞ-da fəlakətli qasırğa baş verəcək, bu da sığorta sənayəsi üçün gözlənilməz olacaq.
 
8. "BREXİT" nəticəsində funt sterlinq avro qarşısında itkilərə məruz qaldıqdan sonra 1, 27 avroyadək bahalaşacaq. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumdan öncə funt sterlinqin məzənnəsi məhz belə olub.
 
Bu, "Saxo-Bank"ın artıq 22-ci şok-proqnozudur. Ötən il o, iki qlobal proqnoz verib, bunlar ABŞ-da "kapitalizmin iflası" və Robert Kennedinin Ağ Ev rəhbəri seçkilərində qələbəsi proqnozları olub.
Link kopyalandı!
Son xəbərlər