Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər - SİYAHI
İqtisadiyyat
378
14:52, Bu gün

Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər - SİYAHI

2024-cü ilin oktyabrın 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.

APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.

Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9 406 nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə ortaaylıq nominal əməkhaqqı 1 771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.

Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və ortaaylıq əməkhaqqı məbləği verilib:

 

Azad edilmiş ərazilər Muzdla çalışan

işçilərin sayı

Ortaaylıq

əməkhaqqı,

manatla

Ağdam rayonu 12 766 640.6
Füzuli rayonu 9 406 605.3
Laçın rayonu 7 829 650.2
Kəlbəcər rayonu 6 514 628.1
Cəbrayıl rayonu 3 238 717.1
Şuşa rayonu 2 624 891.0
Qubadlı rayonu 2 523 809.5
Zəngilan rayonu 2 105 883.5
Xocavənd rayonu 1 388 692.0
Xocalı rayonu 1 192 760.5
Xankəndi şəhəri 234 1 771.4
Ağdərə rayonu 132 926.2

 

Xatırladaq ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768.3 min nəfər, ortaaylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.

Link kopyalandı!
Son xəbərlər