Sosial müavinət və təqaüdlər BU QƏDƏR ARTACAQ- 400 MANAT...
İqtisadiyyat
1047
16:18, Bu gün

Sosial müavinət və təqaüdlər BU QƏDƏR ARTACAQ- 400 MANAT...

"Ali Baş Komandanımızın tapşırığına əsasən gələn ildən minimum əmək haqqı və pensiya məbləğlərinin, həmçinin bir sıra təqaüd və sosial ödənişlərin də artırılmasını nəzərdə tutulub. Belə ki,  2019-cu ildən bəri həyata keçiriləcək sayca 5-ci sosial islahat paket təqribən 3 milyon nəfər vətəndaşı əhatə edəcək.
Son 5 ildə Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-2023-cü illər ərzində əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması ilə nəticələnən 4 sosial islahat paketinin icrası sayəsində 4 milyondan çox vətəndaşın maddi rifahı yaxşılaşmış və bunun üçün illik, əlavə olaraq 7 milyard manata yaxın vəsait xərclənmişdir"
 
 
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. 
"Qeyd edim ki, 5 il bundan öncə minimum aylıq əməkhaqqı göstəricisi 2.7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya məbləği isə 2.5 dəfə artaraq 110 manatdan 280 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqında 70%-dən çox, median əməkhaqqında 2.1, əməkhaqqı fondunda 2.5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə isə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2.9 dəfə artım əldə olunub.
Bundan əlavə, qeyd olunan ötən müddət ərzində müvafiq qanunvericilik tələbindən irəli gələn və hər hansı bir sosial islahat paketinə daxil sayılmayan pensiyaların indeksləşdirilməsi adlı addım da, yəni, hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması addımı da atılıb ki, növbəti ildə də bu təkrar olunacaq.
 Gələn ildən isə minimum əmək haqqı və pensiya məbləğləri, həmçinin təqaüd və sosial müavinətlər nə qədər artırılması ilə bağlı indidən danışmaq çətindir. 
Hələ ki, dəqiq məlum olanı budur ki, minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılacaq, yəni, təxminən 16%-dək artırılacaq. Minimum pensiya məbləği ilə bağlı isə məsələ aydın deyil". 
 
Link kopyalandı!
Son xəbərlər