Bizi sosial şəbəkələrdən izləyin:
Dolların avro, yen və funt-sterlinqə nisbətdə məzənnəsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın maliyyə naziri postuna elan etdiyi namizəd ilə bağlı ucuzlaşıb.
Bessentin ABŞ-də vergilərin azaldılması fonunda rüsumların artırılmasını dəstəkləyəcəyi gözlənilir.
Noyabrın 23-də Tramp ABŞ Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə Bessentin namizədliyini irəli sürüb.
Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli qeyd edib ki, son bir neçə ildir ki, dünya iqtisadiyyatında dolların vəziyyəti və onun digər valyutalara qarşı qiyməti geniş müzakirə mövzusu olub:
“Dolların qlobal valyuta kimi rolu, dünya iqtisadiyyatı üçün əhəmiyyətlidir. Amerikanın maliyyə siyasətindəki qərarlar, məsələn, faiz dərəcələrinin artırılması və dolların buraxılması, dünya bazarlarında dolların dəyərini artırır. Trampın hakimiyyətə gəlməsi ilə dolların qiyməti bir qədər artdı, çünki ABŞ iqtisadiyyatı daha da gücləndi və dünya bazarlarında dolların tələbi artır. Dünyanın bir çox ölkəsi hələ də öz ehtiyatlarını dollarla saxlayır, çünki dolların gücü və onunla ticarət aparmaq rahatlığı hələ də yüksəkdir. Bu səbəbdən ABŞ-da baş verən iqtisadi dəyişikliklər, məsələn, Trampın və ya digər siyasi liderlərin qəbul etdiyi qərarlar, dolların dünya bazarlarında mövqeyini dəyişməyə səbəb olmur.Trampın gəlməsi ilə dolların qiymətinin güclənməsi tendensiyası davam edir və gələcəkdə dolların kəskin ucuzlaşması gözlənilmir. Əgər dünya iqtisadiyyatı və ABŞ-ın iqtisadi siyasəti dəyişməzsə, dolların qiymətinin əhəmiyyətli şəkildə ucuzlaşması gözlənilmir”.
İqtisadçı bildirir ki, Azərbaycanın iqtisadiyyatında dolların rolunun güclü olduğunu nəzərə alaraq, ölkənin iqtisadi siyasətinin də dünya valyuta bazarlarına uyğun olaraq müəyyənləşəcəyini gözləmək olar:
“Dolların qiymətinin sabit qalması və güclənməsi Azərbaycanda manatın stabil qalmasına səbəb olur.Dolların dünya valyutalarına qarşı ucuzlaşmasından asılı olmayaraq, Azərbaycanda manatın dollara qarşı qiymətinin dəyişməsi bir sıra amillərdən asılıdır. Azərbaycan Mərkəzi Bankının pul siyasəti, dövlətin iqtisadi fəaliyyəti və dünya iqtisadiyyatı ilə bağlı qərarlar bu prosesi təsir edir. Ölkəmizdə dolların qiymətinin sabit olması, əsasən Mərkəzi Bankın müdaxilələri və valyuta bazarındakı tələbin və təklifin nisbətinə görə müəyyən edilir.2015-2016-cı illərdə dolların qiyməti Azərbaycanda yüksək olduğu dövrə baxıldığında, indiki vəziyyət daha stabil görünür.Dolların dünya valyutalarına görə nə qədər ucuzlaşmasından asılı olmayaraq Azərbaycanda dollar heç vaxt ucuzlaşmayacaq”.
Mehin Mehmanqızı