Qazaxıstan oktyabrda OPEK+ kvotasından artıq neft hasil edib
İqtisadiyyat
875
22 Nov 2024 | 20:21

Qazaxıstan oktyabrda OPEK+ kvotasından artıq neft hasil edib

Qazaxıstan OPEC+ öhdəliklərindən artıq istehsal həcmlərini 2025-ci ilin sentyabr ayına qədər kompensasiya edəcək.
 
Bu açıqlamanı Qazaxıstanın Energetika Nazirliyi yayıb.
 
"Platts" neft daşımalarını izləmə şirkətinin məlumatlarına istinad edən "S&P Global Commodity Insights" icmalına əsasən Qazaxıstanda neft hasilatı 2024-cü ilin oktyabrında sutkada 1,22 milyon barel təşkil edib. Oktyabr ayına olan məlumata görə, Qazaxıstanın OPEC+ sazişi çərçivəsində neft hasilatı kvotası sutkada 1,203 milyon barel olmalı idi. Bu isə o deməkdir ki, Qazaxıstan oktyabrda OPEC+ kvotasını sutkada 17 min barel keçib.
 
2024-cü ilin sentyabrında Qazaxıstan OPEC+ kvotasından 10 min barel az neft hasil etmişdi.
Link kopyalandı!
Son xəbərlər