Azərbaycan kərə yağı idxalını 2 dəfəyə, ixracını isə 10 dəfəyə yaxın artırıb
İqtisadiyyat
2327
21 Nov 2024 | 12:17

Azərbaycan kərə yağı idxalını 2 dəfəyə, ixracını isə 10 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 139 milyon 69 min dollar dəyərində 24 464.23 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
 
Moderator.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,8 faiz, miqdar ifadəsində isə 85,3 faiz çoxdur.
 
Məhsulun 1 tonunun idxal qiyməti ötən ilki 5577,7 dollardan bu il 5684,6 dollara qədər artıb.
 
Xatırladaq ki, ötən ilin on ayında Azərbaycanın kərə yağı idxalı 73 milyon 650.97 min dollar dəyərlə 13 204.57 ton təşkil etmişdi.
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 10 ayda ölkədə kərə yağı istehsalı illik ifadədə 10 faiz artaraq 24691,4 tona bərabər olub.
 
Qeyd edək ki, Azərbaycan bu il kərə yağı ixracını 10 dəfəyə yaxın artıraraq ötən ilin 9 ayındakı 908 tondan bu ilin eyni dövründə 9106 tona çatdırıb. Kərə yağı ixracından gəlirlər isə ötən ilki 5 milyon 210,06 min dollardan bu il 58 milyon 38,13 min dollara yüksəlib. Bu həcmin 9099,84 tonu Rusiyaya ixracın payına düşür. Şimal qonşuda bu ilin ötən dövründə kərə yağının qiyməti 35 faizə yaxın bahalaşıb, məhsul qıtlığı yaranıb.
 
Link kopyalandı!
Son xəbərlər