Mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır
İqtisadiyyat
173
20:02, Bu gün

Mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır

Bir sıra mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır.
 
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır.
 
Başqa sözlə, 31 dekabr 2029-cu il tarixinədək mis məmulatlarına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək.
 
Qərara əsasən, eyni zamanda ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları da artırılır.
Link kopyalandı!
Son xəbərlər