Google istifadəçiləri üçün YENİLİK - Bundan sonra...
İqtisadiyyat
506
17 Nov 2024 | 21:40

Google istifadəçiləri üçün YENİLİK - Bundan sonra...

"Google" şirkəti "Google Docs" üçün yeni süni intellekt əsasında şəkil yaratma funksiyasını təqdim edib.
 
Bu funksiya istifadəçilərə sənədlər üçün vizual effektləri tez bir zamanda yaratmağa imkan verir.
 
Alət yalnız "Workspace" ödənişli hesabları üçün əlçatan olacaq və bunlara "Gemini Business", "Enterprise", "Education", "Education Premium" və "Google One AI Premium" paketləri daxildir.
 
İstifadəçilər yeni funksiyanı "Əlavə et" > "Şəkil" > "Mənə şəkil yaratmağa kömək et" bölməsində tapa bilərlər. Daha sonra "Şəkil yarat" paneli açılır. Burada arzu olunan illüstrasiyanın təsviri daxil edilə və dizayn üslubu seçilə bilər - "Foto" və ya "Eskiz".
 
Həmçinin, sənədin maketinə ən yaxşı uyğunlaşma üçün şəkilin aspekt nisbəti seçimi də mövcuddur.
 
Şəkil generatoru "Google Imagen 3"-ün son versiyasından istifadə edir və daha yaxşı detallılıq, zəngin işıqlandırma və daha az diqqət yayındıran artefaktlar vəd edir.
 
Buna qədər "Google Slides" təqdimatların yaradılması üçün "Google Clippy Duet AI" əsasında slayd generatoru ilə təchiz olunmuşdu. "Google" yeni funksiyanı ilkin mərhələdə istifadəyə verib. Xidmətin ümumi istifadəyə verilməsi isə 16 dekabrda planlaşdırılır.//Baku.ws
Link kopyalandı!
Son xəbərlər