İqtisadiyyat
267
12:02, Bu gün

"Azpulmat" cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) "MJ Financial Services" və "Para" ASC-lər, eləcə də "Azpul" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
 
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "MJ Financial Services"in vəzifəli şəxsi 1 500 manat, "Para"nın vəzifəli şəxsi 2 000 manat, "Azpul"un vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.
 
Link kopyalandı!
Son xəbərlər