İqtisadiyyat
1319
12 Nov 2024 | 17:29

"SOCAR Tower"in yeraltı avtomobil dayanacağında elektrikdoldurma məntəqəsi istifadəyə verilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.
 
Moderator.az SOCAR-a istinadən xəbər verir ki, bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, SOCAR-ın Baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.
 
Yeni EDM-də 22 kW-lıq və 60 kW-lıq güclə təchiz olunan elektrik doldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq, bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və “yaşıl enerji” təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.
 
SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kW-lıq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs, təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.
 
SOCAR-ın bu layihəsi ətraf mühitin qorunmasına və davamlı enerji mənbələrinə keçidə yönəlmiş strateji addımlarından biridir və şirkətin ekoloji məsuliyyətini ön planda tutan yanaşmasını bir daha təsdiqləyir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər