Bu məhsulların idxalı MƏHDUDLAŞDIRILDI
1939
12 Oct 2024 | 10:35

Bu məhsulların idxalı MƏHDUDLAŞDIRILDI

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransanın Overn-Rona-Alplar regionunda epizootik homorraji, Danimarka Krallığının Paytaxt regionunda, Avstriya Respublikasının Karintiya inzibati ərazi vahidində, İngiltərənin Qərbi Midland, Şimal-Qərb İngiltərə regionlarında blutanq, Polşa Respublikasının Podlask inzibati ərazisində nyukasl, Almaniya Federativ Respublikasının Saksoniya vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Paytaxt regionunda, Karintiya inzibati ərazi vahidində, Qərbi Midland və Şimal-Qərb İngiltərə regionlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Podlask inzibati ərazisində, Saksoniya vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (xəstəlik viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
 
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib ölkəmizə daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Link kopyalandı!
Son xəbərlər