Azərbaycandan “yan keçəcək” tranzit yolu - İrəvanın “çəhrayı” arzusu
Ermənistan Hindistan və İranın dəstəyi ilə “sərfəli” marşrut düşünüb, amma layihənin heç 2035-ci ildə də baş tutması mümkün görünmür...
“Ermənistan qüsursuz yüksəksürətli marşrut yaratmaq, həmçinin yeni logistik marşrutlar və qovşaqların işə salınması üzərində işləyir. Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə düşməsi üçün üçtərəfli görüş baş tutacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Sputnik Ermənistan”a logistika şirkətlərindəki mənbələrdən məlum olub.
Görüşün İranda reallaşacağı deyilir. Üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilmişdi ki, yeni marşrutlardan istifadə Ermənistanın ticarət potensialını artıracaq. İrəvanın Hindistana, eləcə də Cənub-Şərqi Asiyanın perspektivli bazarlarına etibarlı çıxışı olacaq.
Xatırladaq ki, marşrut Körfəz ölkələri və Hindistandan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (avtomobil və dəmiryolu ilə), oradan Gürcüstana, oradan Bolqarıstan və ya Yunanıstan limanlarına, ya da Rusiyaya (dəniz limanları və ya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə) çatdırıla bilər.
Ermənistandan keçən marşrut öz mallarının tədarükünü diversifikasiya etmək istəyən İran və Hindistan üçün vacib olduğu deyilir. Dəniz logistikası hazırda mürəkkəbdir. İran və Ermənistandan keçən marşrut Hindistan və Körfəz ölkələrinə logistika xərclərini 25 faiz, daşıma müddətini isə demək olar, yarıbayarı (Süveyş kanalı vasitəsilə olan 40 gündən 18 günə qədər) azaltmağa imkan verə bilər.
“Belə olan halda Ermənistan özü də mühüm tranzit qovşağına çevriləcək. Ermənistandan keçən dəhlizin özü isə Hindistana Qara dəniz limanlarına, eləcə də daha qısa marşrutla AİB bazarına çıxış əldə etməyə imkan verəcək”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin əsası 2000-ci ildə qoyulub. Uzun illər boyu əsas iştirakçılardan biri olan Rusiyanın iqtisadi marağı olmadığına görə layihənin icrası istiqamətində ciddi addımlar atılmayıb. Lakin 2022-ci ildə Ukraynadakı işğalçı müharibəyə görə Qərbin sanksiyalarına məruz qalan Rusiya ticarət əlaqələrinin istiqamətini Asiyaya - Çin və Hindistana yönəltməyə başladı. Çinlə birbaşa sərhədi olduğuna görə bu ölkə ilə ticarətin genişləndirilməsi imkanları da genişdir. Lakin Hindistanla sərhədin olmaması Rusiyanın diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizinə yönəldib. Bu marşrutla Hindistandan yükləri daha rahat və qısa müddətə əldə etmək imkanının olduğunu görən Moskva onun inkişafına vəsait yatırmağa başlayıb. Xüsusilə də dəhlizin qərb qolu - Hindistan-İran-Azərbaycan yolunun ötürücülük imkanlarının genişləndirilməsi üçün ciddi addımlar atılır. Çünki bu qol Xəzər dənizi və Türkmənistan-Qazaxıstan ərazisindən keçən Mərkəz və Şərq qollarından xərc və çatdırılma müddəti baxımından ən səmərəlisidir. 2023-cü ilin mayında Rusiya ilə İran arasında İran ərazisində Rəşt-Astara dəmiryol xəttinin tikintisinin icrası üçün müqavilə imzalanıb. Moskva bu iş üçün Tehrana 1,2 milyard avro dəyərində dövlət krediti də ayırıb. Dəmiryol xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Azərbaycan hazırda ŞCD çərçivəsində infrastrukturun gücləndirilməsi üçün bir sıra mühüm layihələr həyata keçirir. Bura ilk növbədə dəmiryol sisteminin potensialının artırılması aiddir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovun jurnalistlərə verdiyi məlumata görə, Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.
R.Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: “Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə ŞDC ilə yüklərin Asiyadan Avropaya və əksinə, Süveyş kanalından keçən marşrutdan ən azı 10 gün tez çatdırılacağını bildirib. Onun sözlərinə görə, dəhlizə qoyulan vəsaitlər özünü artıqlaması ilə doğruldacaq, çünki çox gəlirli olacaq.
Ermənistanın belə mühüm əhəmiyyətli və gəlirli layihənin iştirakçısı olmaq istəməsi təbiidir: uzun illər boyu bütün regional əhəmiyyətli layihələrdən kənarda qalan İrəvan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra iqtisadi məsələləri, regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı ön plana çıxarır. Bu baxımdan, Ermənistan həm də hərbi-siyasi əməkdaşlıq qurmuş olduğu Hindistan və ənənəvi himayəçisi olan İranın potensialından istifadə etməyə çalışır.
Məlumdur ki, Hindistan İrandan icarəyə götürdüyü Cabahar limanında operatorluq təklif edib. 2023-cü ilin dekabrında Hindistanın İranla birgə inkişafında iştirak etdiyi limana Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan baş çəkib. “Biz Ermənistan tərəfdən təfərrüatı gözləyirik və konkret təkliflər daxil olanda onları mütləq nəzərə alacağıq”, - nazir bildirib.
Eyni zamanda Hindistandan yüklərin pilot qaydada dəhlizlə Ermənistana çatdırılmasına da başlanıb. İlkin mərhələdə sırf Ermənistan üçün nəzərdə tutulan malların daşınması nəzərdə tutulur. Bu daşımaların artırılması üçün Ermənistan öz ərazisində İran sərhədindən Gürcüstan sərhədinə qədər - uzunluğu 556 km olan Şimal-Cənub avtomagistralının tikintisini başa çatdırmalıdır. Avtomagistralın ön plana çıxmasına səbəb Ermənistanın dəmiryol sisteminin İran sistemi ilə əlaqəsinin olmamasıdır. Sovet dövründə Naxçıvan vasitəsilə təmin olunan əlaqə çoxdan ermənilərin özləri tərəfindən sıradan çıxarılıb. Avtomobil yoluna gəlincə, Ermənistan onun tikintisinə 2009-cu ildən başlayıb, hələ heç yolun 50 faizi belə hazır deyil. Müxtəlif xarici qurumlardan alınan kreditlər hesabına yolun bir neçə hissəsində tikinti işlərinə başlanılıb, lakin aşkarlanan korrupsiya faktları üzündən hələ də tikinti tamamlanmayıb.
Yolun ayrı-ayrı hissələrinin tikintisinə ayrı-ayrı maliyyə qurumlarından kreditlər alınır. 2022-ci ilin iyununda Ermənistan rəsmiləri yolun Kacaran-Aqarak hissəsinin tikintisinin maliyyələşməsi üçün Avrasiya İnkişaf Fondunun 154 milyon dollar kredit ayırdığını elan ediblər. Bildirilib ki, bu hissənin tikintisi 2023-cü ilin sonunadək yekunlaşacaq. Lakin 2023-cü ilin oktyabrında məlum olub ki, Ermənistanla İran yolun həmin sahəsinin tikintisinə dair müqavilə imzalayıblar. İmzalanma mərasimində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın verdiyi məlumatdan aydın olur ki, 32 km-lik yolun tikintisi 210 milyon dollara başa gələcək və bu vəsaiti tamamilə İran maliyyələşdirəcək. Yolun tikintisini də İran şirkətləri həyata keçirəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılacağı deyilir. İran həmçinin Ermənistanla sərhəddə Araz çayı üzərində yeni körpünün tikintisini reallaşdıracaq.
İyul ayında Ermənistan hökuməti Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi kimi Kacaran tunelinin tikintisi üçün kredit layihəsinin imzalanmasını təsdiqləyib. 200 milyon dollar kredit Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən veriləcək. İclasda ərazi idarəetmə və inkişaf naziri Qnel Sanosyan bildirib ki, hökumət özü də layihə üçün daha 194 milyon dollar ayıracaq. Marşrutun cənub hissəsində, Qacaran şəhəri yaxınlığında (İran sərhədi ilə Sisian şəhərinin yarısı) 7 km uzunluğunda tunelin tikintisi planlaşdırılır. Avrasiya Bankının digər krediti ilə (həmçinin Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun xətti ilə verilir) Şimal-Cənub magistralının ən cənub hissəsi də tikilir: Meğridən (İran sərhədi yaxınlığında) Kacarana ( Kacaran tunelinə giriş).
Yolun üzərində tikiləcək daha bir tunel Bərgüşat adlanır. O, yolun Kacaran-Sisian hissəsində tikiləcək. Burada tikinti işlərinin bir hissəsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından kredit cəlb edilib.
Hesab olunur ki, yolun ən çətin hissəsi Sisian-Kacarandır. Burada ümumi uzunluğu təxminən 16 kilometr olan iki böyük tunel tikilməlidir. Qaya içərisində çoxsaylı partlayışlar ciddi çökmələrə səbəb ola bilər. İşin altı il çəkəcəyi gözlənilir.
AYİB-in may ayında yaydığı açıqlamaya görə, bank Şimal-Cənub magistralının Sisian-Kacaran yolunun cənub hissəsinin tikintisini maliyyələşdirəcək: 236 milyon avro dəyərində kredit sazişi imzalanıb.
Qeyd edilir ki, Sisian-Kacaran yolu İran sərhədindən Ermənistana qədər olan mövcud yolu əhəmiyyətli dərəcədə qısaldacaq: Kacarandan Sisiana qədər olan məsafə 118 km-dən 60 km-ə enəcək, orta gediş sürəti isə 50-dən 100 km-ə yüksələcək. Yeni yol üç hissəyə bölünür: şimal, mərkəzi (Bərgüşat tuneli) və cənub. AYİB-in krediti ilə 24,2 km uzunluğunda cənub hissəsi - Kacarandan gələcək Barguşat tunelinə qədər bir neçə kilometr uzunluğunda tikiləcək. Bu hissədə 5 kiçik tunel və 11 körpü tikiləcək. İşlərin 2030-cu ilin noyabrında başa çatdırılması planlaşdırılır.
Sisian-Kacaran avtomobil yolu çərçivəsində 27 körpü və 9 tunel tikiləcək. Layihənin ümumi dəyəri təxminən 1 milyard dollar qiymətləndirilir. Bu yolun digər hissələrinin tikintisinin də Avropa İnvestisiya Bankı (AİB), Asiya İnkişaf Bankı (AİB) və Ermənistan hökuməti tərəfindən maliyyələşdiriləcəyi gözlənilir.
2022-ci ildə Ermənistan rəsmiləri ümumilikdə avtomagistralın tikintisinin ölkə büdcəsinə 3,5 milyard dollara başa gələcəyini açıqlamışdılar. O da o halda ki, 2022-2023-cü illərdə bütün sahələrin tikintisi üzrə müqavilələr imzalansın. Bu şərtlər daxilində yolun tikintisinin 2030-cu ilədək başa çatdırılması planlaşdırılırdı. Lakin artıq erməni iqtisadçı-ekspertlər bu müddətə işlərin başa çatdırılmasını real saymayaraq işlərin minimum 2032-2033-cü illərdə yekunlaşacağını gözləyirlər.
Təhlillər onu deməyə əsas verir ki, Ermənistan yenə xam xəyallara düşüb. Azərbaycanın iştirakı olmadan, ondan yan keçəcək layihələrdə hər hansı uğur mümkünsüzdür. Digər tərəfdən, bu utopik yolun heç 2035-də də hazır olacağı inandırıcı deyil. /Yeni Müsavat/
11:51, Bu gün
İrəvan ölkəmizə qarşı beynəlxalq koalisiya formalaşdırmağa çalışır
11:48, Bu gün
Kərim Vəliyev İtaliyaya getdi
11:44, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
11:41, Bu gün
“Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi” - Kamaləddin Qafarov
11:38, Bu gün
Qəhvə və çay sevənlərə ŞAD XƏBƏR - 11 ilin araşdırması
11:30, Bu gün
Peycer və mobil telefonları kənardan necə partlatmaq olur? - ARAŞDIRMA
11:23, Bu gün
Müğənni açıqlaması ilə gündəmə gəldi: "Belə getsə qızlarımız..."
11:18, Bu gün
Quranda nanotoz və maddənin amorf maye hibrid aqreqat halı ilə bağlı düşünən insanlara işarələr (eyhamlar) – görəsən fiziklərin xəbəri olubmu?
11:12, Bu gün
Azərbaycan milliləri İtaliya yığmaları ilə üz-üzə gələcəklər
11:09, Bu gün
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - Sərəncam
11:07, Bu gün
20 sentyabr: Tam və qəti qələbə tarixi
10:59, Bu gün
Uşaqları iflic edən yeni virus yayılır - Xəbərdarlıq
10:55, Bu gün
Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub - FOTO/VİDEO
10:51, Bu gün
Diasporla İş üzrə Dövlət Komitəsinə inzibati protokol yazıldı
10:45, Bu gün
Təcili yardım gec gəlir, "apteçkalar"da YOXDUR: Sərnişinlərin təhlükəsizliyi niyə NƏZƏRƏ ALINMIR? - VİDEO
10:40, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
10:36, Bu gün
Xankəndidən qaçanlar Bakıya qarşı nə planlaşdırır? - Bu gün təxribat olacaq
10:29, Bu gün
Yağların qiymətində KƏSKİN ARTIM - 200 qramlığı 6 manat - FOTO
10:21, Bu gün
“Bu ittihamlara rəğmən Qərb Azərbaycanı hələ də potensial portnyor kimi nəzərdən keçirir...”
10:15, Bu gün
BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT – 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub?
10:08, Bu gün
Dərmanların qiyməti "əl yandırır": NİYƏ BAHADIR? - VİDEO
09:59, Bu gün
D vitamini ilə zəngin olan QİDALAR
09:51, Bu gün
Rusiya nə qədər raket istehsal edir?
09:45, Bu gün
Qarabağdakı antiterror əməliyyatından BİR İL ÖTÜR
09:43, Bu gün
Ukrayna ordusu platsdarmını genişləndirib və Kursk vilayətində daha da irəliləyir...-"ISW"
09:39, Bu gün
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı — VİDEO
09:32, Bu gün
Ana qızını tava ilə döyüb, əllərini isti soba ilə yandırıb
09:26, Bu gün
Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb
09:17, Bu gün
Tam ay bu bürclərin həyatını dəyişəcək: kim hazırlaşmalıdır?
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:51, Bu gün
İrəvan ölkəmizə qarşı beynəlxalq koalisiya formalaşdırmağa çalışır
11:48, Bu gün
Kərim Vəliyev İtaliyaya getdi
11:44, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
11:41, Bu gün
“Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi” - Kamaləddin Qafarov
11:38, Bu gün
Qəhvə və çay sevənlərə ŞAD XƏBƏR - 11 ilin araşdırması
11:30, Bu gün
Peycer və mobil telefonları kənardan necə partlatmaq olur? - ARAŞDIRMA
11:23, Bu gün
Müğənni açıqlaması ilə gündəmə gəldi: "Belə getsə qızlarımız..."
11:18, Bu gün
Quranda nanotoz və maddənin amorf maye hibrid aqreqat halı ilə bağlı düşünən insanlara işarələr (eyhamlar) – görəsən fiziklərin xəbəri olubmu?
11:12, Bu gün
Azərbaycan milliləri İtaliya yığmaları ilə üz-üzə gələcəklər
11:09, Bu gün
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - Sərəncam
11:07, Bu gün
20 sentyabr: Tam və qəti qələbə tarixi
10:59, Bu gün
Uşaqları iflic edən yeni virus yayılır - Xəbərdarlıq
10:55, Bu gün
Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub - FOTO/VİDEO
10:51, Bu gün
Diasporla İş üzrə Dövlət Komitəsinə inzibati protokol yazıldı
10:45, Bu gün
Təcili yardım gec gəlir, "apteçkalar"da YOXDUR: Sərnişinlərin təhlükəsizliyi niyə NƏZƏRƏ ALINMIR? - VİDEO
10:40, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
10:36, Bu gün
Xankəndidən qaçanlar Bakıya qarşı nə planlaşdırır? - Bu gün təxribat olacaq
10:29, Bu gün
Yağların qiymətində KƏSKİN ARTIM - 200 qramlığı 6 manat - FOTO
10:21, Bu gün
“Bu ittihamlara rəğmən Qərb Azərbaycanı hələ də potensial portnyor kimi nəzərdən keçirir...”
10:15, Bu gün
BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT – 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub?
10:08, Bu gün
Dərmanların qiyməti "əl yandırır": NİYƏ BAHADIR? - VİDEO
09:59, Bu gün
D vitamini ilə zəngin olan QİDALAR
09:51, Bu gün
Rusiya nə qədər raket istehsal edir?
09:45, Bu gün
Qarabağdakı antiterror əməliyyatından BİR İL ÖTÜR
09:43, Bu gün
Ukrayna ordusu platsdarmını genişləndirib və Kursk vilayətində daha da irəliləyir...-"ISW"
09:39, Bu gün
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı — VİDEO
09:32, Bu gün
Ana qızını tava ilə döyüb, əllərini isti soba ilə yandırıb
09:26, Bu gün
Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb
09:17, Bu gün
Tam ay bu bürclərin həyatını dəyişəcək: kim hazırlaşmalıdır?
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
08:59, Bu gün
Zelenski: "Ukraynanın “qələbə planı” tam hazırdır"
08:49, Bu gün
Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur - SİYAHI
08:41, Bu gün
İsrail vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edildi...
08:41, Bu gün
İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?
08:33, Bu gün
Rusiyanın tikinti şirkətləri Azərbaycana gəlir
08:17, Bu gün
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 2024-cü ilin…
08:09, Bu gün
Yaşayış binası ÇÖKDÜ: 4 nəfər öldü, yaralılar var
08:01, Bu gün
Xəzər dənizində zəlzələ baş verdi
07:12, Bu gün
Paşinyanın arvadının dəvəti ilə bu müsəlman ölkəsinin ən böyük mədəniyyət fondunun rəhbərliyi İrəvana gəldi...-VİDEO
01:25, Bu gün
Belarusda hökuməti devirmək istəyənlərdən etiraf: "Lukaşenkonun helikopterini vuracaqdıq"
01:16, Bu gün
Azərbaycanda 6 gün ardıcıl iş olmayacaq - RƏSMİ
01:05, Bu gün
Netanyahu partlayışlardan sonra ilk dəfə danışdı
01:02, Bu gün
“Temu” işlədənlərin nəzərinə! - Məlumatlarınız oğurlana bilər
00:31, Bu gün
“Əgər sağlamsansa dünyanın xoşbəxtisən, bunu evində xəstəsi olanlar daha yaxşı bilər...” - ÖZƏL+FOTO
00:25, Bu gün
Partlayan təkcə peycerlər deyil - İsrailin sirri nə?..
00:24, Bu gün
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
00:11, Bu gün
Trampın ətrafı ABŞ və Rusiya arasında birbaşa danışıqlar tələb edir - nüvə müharibəsi qapıda
18 Sep 2024 | 23:38
Efirlərdə uzaq düşən xalq artistini İLLƏR SONRA Rasim Balayevlə görüntülədik-ÖZƏL VİDEO
18 Sep 2024 | 23:04
"Şəfaçı"nın evindən 24 insan kəlləsi tapıldı
18 Sep 2024 | 23:04
Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
18 Sep 2024 | 23:03
Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
18 Sep 2024 | 22:56
Durovun keçmiş xanımı teleqramın yarısını tələb edir
18 Sep 2024 | 22:50
"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür
18 Sep 2024 | 22:46
Rozanın klipini yutubdan sildirdilər
18 Sep 2024 | 22:38
Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi
18 Sep 2024 | 22:30
Rusiyanın tikinti şirkətləri Azərbaycana gəlir
18 Sep 2024 | 22:29
Xuraman Muradova kimdir? - Xalq yazıçısı Çingiz Abdullayev və xalq yazıçısı Natiq Rəsulzadənin təqdimatında...
18 Sep 2024 | 22:23
Avropada koronavirusun yeni, daha yoluxucu ştammı yayılıb
18 Sep 2024 | 22:14
Milyonçu deputatın şirkəti cəzalandırıldı
18 Sep 2024 | 22:06
Əlacsız qalan ruslar üçün "Türkiyə qapısı" da bağlandı
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 21:58
DİM bu şəxslərə müraciət etdi
18 Sep 2024 | 21:50
Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
18 Sep 2024 | 21:44
Bakıda avtobus yandı - FOTO
18 Sep 2024 | 21:43
Göz rəngini dəyişən Mətanətdən tənqidlərə CAVAB
18 Sep 2024 | 21:39
Xocasən qəsəbə bələdiyyəsində görülən işlər AXC TV-də müzakirə olunub
18 Sep 2024 | 21:38
“Bu, Qərb ölkələri üçün biabırçılıqdır” - İran lideri
18 Sep 2024 | 21:34
İlqar Mikayıloğlunun "Türkiyə gözəli"nə dediklərinə aparıcıdan REAKSİYA - Qadını belə aşağılamaq olmaz! - VİDEO
18 Sep 2024 | 21:33
"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq
18 Sep 2024 | 21:32
İranın ali və yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı səfirliyində olublar
18 Sep 2024 | 21:28
Metronun "20 Yanvar" stansiyası yaxınlığında yanğın - Tıxac yarandı
18 Sep 2024 | 21:26
Gecələr işləyənlərə XƏBƏRDARLIQ: ölüm riskiniz daha çoxdur
18 Sep 2024 | 21:22
Devalvasiya MÜƏMMASI – Manat məzənnəsini qoruyacaq, yoxsa UCUZLAŞACAQ?
18 Sep 2024 | 21:21
ABŞ-dan SEPAH zabitləri ilə bağlı qərar
18 Sep 2024 | 21:14
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur – FOTO
18 Sep 2024 | 21:13
"Kursk əməliyyatı risklidir, amma ukraynalılar çox bacarıqlıdır" - Stoltenberq
18 Sep 2024 | 21:10
Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
18 Sep 2024 | 21:08
Sülh istəyən ölkə niyə silah alsın ki?
18 Sep 2024 | 21:02
Əli Kərimlinin ən yaxın adamları AXCP-dən istefa verdilər
18 Sep 2024 | 21:00
Hibrid avtomobilləri bahalaşıb?
18 Sep 2024 | 20:57
Keçmiş vəkil məhkəmə zalında həbs olundu
18 Sep 2024 | 20:52
Livanda "peycer" hücumu nədən məhz indi baş verib?..
18 Sep 2024 | 20:50
Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı
18 Sep 2024 | 20:46
Livanda yeni partlayışlar: Ölən və yaralananların sayı artıb
18 Sep 2024 | 20:45
Baş nazir İsraillə müharibəyə hazırlıq tapşırığı verdi
18 Sep 2024 | 20:40
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
18 Sep 2024 | 20:35
Rusiyada işləmək istəyənlər üçün yeni qayda - Xəbərlərin 20:00 buraxılışı
18 Sep 2024 | 20:32
İş qadını çantasını oğurlayan adamı maşını ilə 4 dəfə vurub QAÇDI - FOTO
18 Sep 2024 | 20:28
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb
18 Sep 2024 | 20:27
Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300 yaralı var - YENİLƏNİB
18 Sep 2024 | 20:22
Bu maşınlar kəskin BAHALAŞDI
18 Sep 2024 | 20:17
Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
18 Sep 2024 | 20:11
Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb
18 Sep 2024 | 20:03
Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib
18 Sep 2024 | 20:03
Moskvadakı atışma ilə bağlı rəsmi açıqlama yayıldı
18 Sep 2024 | 19:57
Dünyada COVID-in yeni variantı yayılır: onun xüsusiyyətləri nələrdir?
18 Sep 2024 | 19:48
Nəhəng xiyar yetişdirildi: 67 santimetr uzunluğunda
18 Sep 2024 | 19:40
4 uşaq soyuducuda boğulub öldü
18 Sep 2024 | 19:33
Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB
18 Sep 2024 | 19:25
2 ildə 2 milyondan artıq pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
18 Sep 2024 | 14:06
Müəllim şagirdləri yerdə əyləşdirirdi - Əmək müqaviləsinə xitam verildi
18 Sep 2024 | 14:32
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO
18 Sep 2024 | 12:01
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
18 Sep 2024 | 18:08
Laçından yoxsul bir ailənin üzvü olan IV kurs tələbəsi niyə günahsız yerə həbs edildi?..
18 Sep 2024 | 14:20
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
18 Sep 2024 | 13:53
Afiyəddin Cəlilovun nəvəsi Türkiyəni də qarışdırdı - VİDEO
18 Sep 2024 | 12:16
Sosial ödənişlər artırılır: Dövlət büdcəsindən vəsait ayrılır
18 Sep 2024 | 12:04
Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı MÜHÜM SƏRƏNCAM
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 12:44
Rusiya miqrantlarsız yaşamaq istəyir – Amma qarı, zibili kim təmizləyəcək, inəkləri kim sağacaq?
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
18 Sep 2024 | 14:06
Müəllim şagirdləri yerdə əyləşdirirdi - Əmək müqaviləsinə xitam verildi
18 Sep 2024 | 14:32
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO
18 Sep 2024 | 12:01
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
18 Sep 2024 | 18:08
Laçından yoxsul bir ailənin üzvü olan IV kurs tələbəsi niyə günahsız yerə həbs edildi?..
18 Sep 2024 | 14:20
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
18 Sep 2024 | 13:53
Afiyəddin Cəlilovun nəvəsi Türkiyəni də qarışdırdı - VİDEO
18 Sep 2024 | 12:16
Sosial ödənişlər artırılır: Dövlət büdcəsindən vəsait ayrılır
18 Sep 2024 | 12:04
Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı MÜHÜM SƏRƏNCAM
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 12:44
Rusiya miqrantlarsız yaşamaq istəyir – Amma qarı, zibili kim təmizləyəcək, inəkləri kim sağacaq?