Azərbaycandan “yan keçəcək” tranzit yolu - İrəvanın “çəhrayı” arzusu
İqtisadiyyat
Oxunub: 1825
10 Aug 2024 | 12:19
Azərbaycandan “yan keçəcək” tranzit yolu - İrəvanın “çəhrayı” arzusu
Ermənistan Hindistan və İranın dəstəyi ilə “sərfəli” marşrut düşünüb, amma layihənin heç 2035-ci ildə də baş tutması mümkün görünmür...
 
“Ermənistan qüsursuz yüksəksürətli marşrut yaratmaq, həmçinin yeni logistik marşrutlar və qovşaqların işə salınması üzərində işləyir. Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə düşməsi üçün üçtərəfli görüş baş tutacaq”.
 
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Sputnik Ermənistan”a logistika şirkətlərindəki mənbələrdən məlum olub.
 
Görüşün İranda reallaşacağı deyilir. Üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.
 
Daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilmişdi ki, yeni marşrutlardan istifadə Ermənistanın ticarət potensialını artıracaq. İrəvanın Hindistana, eləcə də Cənub-Şərqi Asiyanın perspektivli bazarlarına etibarlı çıxışı olacaq. 
 
Xatırladaq ki, marşrut Körfəz ölkələri və Hindistandan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (avtomobil və dəmiryolu ilə), oradan Gürcüstana, oradan Bolqarıstan və ya Yunanıstan limanlarına, ya da Rusiyaya (dəniz limanları və ya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə) çatdırıla bilər.
 
Ermənistandan keçən marşrut öz mallarının tədarükünü diversifikasiya etmək istəyən İran və Hindistan üçün vacib olduğu deyilir. Dəniz logistikası hazırda mürəkkəbdir. İran və Ermənistandan keçən marşrut Hindistan və Körfəz ölkələrinə logistika xərclərini 25 faiz, daşıma müddətini isə demək olar, yarıbayarı (Süveyş kanalı vasitəsilə olan 40 gündən 18 günə qədər) azaltmağa imkan verə bilər. 
 
“Belə olan halda Ermənistan özü də mühüm tranzit qovşağına çevriləcək. Ermənistandan keçən dəhlizin özü isə Hindistana Qara dəniz limanlarına, eləcə də daha qısa marşrutla AİB bazarına çıxış əldə etməyə imkan verəcək”, - məlumatda qeyd olunur.
 
Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin əsası 2000-ci ildə qoyulub. Uzun illər boyu əsas iştirakçılardan biri olan Rusiyanın iqtisadi marağı olmadığına görə layihənin icrası istiqamətində ciddi addımlar atılmayıb. Lakin 2022-ci ildə Ukraynadakı işğalçı müharibəyə görə Qərbin sanksiyalarına məruz qalan Rusiya ticarət əlaqələrinin istiqamətini Asiyaya - Çin və Hindistana yönəltməyə başladı. Çinlə birbaşa sərhədi olduğuna görə bu ölkə ilə ticarətin genişləndirilməsi imkanları da genişdir. Lakin Hindistanla sərhədin olmaması Rusiyanın diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizinə yönəldib. Bu marşrutla Hindistandan yükləri daha rahat və qısa müddətə əldə etmək imkanının olduğunu görən Moskva onun inkişafına vəsait yatırmağa başlayıb. Xüsusilə də dəhlizin qərb qolu - Hindistan-İran-Azərbaycan yolunun ötürücülük imkanlarının genişləndirilməsi üçün ciddi addımlar atılır. Çünki bu qol Xəzər dənizi və Türkmənistan-Qazaxıstan ərazisindən  keçən Mərkəz və Şərq qollarından xərc və çatdırılma müddəti baxımından ən səmərəlisidir. 2023-cü ilin mayında Rusiya ilə İran arasında İran ərazisində Rəşt-Astara dəmiryol xəttinin tikintisinin icrası üçün müqavilə imzalanıb. Moskva bu iş üçün Tehrana 1,2 milyard avro dəyərində dövlət krediti də ayırıb. Dəmiryol xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. 
 
Azərbaycan hazırda ŞCD çərçivəsində infrastrukturun gücləndirilməsi üçün bir sıra mühüm layihələr həyata keçirir. Bura ilk növbədə dəmiryol sisteminin potensialının artırılması aiddir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
 
Cavid Qurbanovu əvəzləyən 42 yaşlı Rövşən Rüstəmov kimdir?
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovun jurnalistlərə verdiyi məlumata görə, Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.
 
R.Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: “Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.
 
Rusiya prezidenti Vladimir Putin dəfələrlə ŞDC ilə yüklərin Asiyadan Avropaya və əksinə, Süveyş kanalından keçən marşrutdan ən azı 10 gün tez çatdırılacağını bildirib. Onun sözlərinə görə, dəhlizə qoyulan vəsaitlər özünü artıqlaması ilə doğruldacaq, çünki çox gəlirli olacaq.
 
Ermənistanın belə mühüm əhəmiyyətli və gəlirli layihənin iştirakçısı olmaq istəməsi təbiidir: uzun illər boyu bütün regional əhəmiyyətli layihələrdən kənarda qalan İrəvan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra iqtisadi məsələləri, regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı ön plana çıxarır. Bu baxımdan, Ermənistan həm də hərbi-siyasi əməkdaşlıq qurmuş olduğu Hindistan və ənənəvi himayəçisi olan İranın potensialından istifadə etməyə çalışır.
 
Məlumdur ki, Hindistan İrandan icarəyə götürdüyü Cabahar limanında operatorluq təklif edib. 2023-cü ilin dekabrında Hindistanın İranla birgə inkişafında iştirak etdiyi limana Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan baş çəkib. “Biz Ermənistan tərəfdən təfərrüatı gözləyirik və konkret təkliflər daxil olanda onları mütləq nəzərə alacağıq”, - nazir bildirib.
 
Eyni zamanda Hindistandan yüklərin pilot qaydada dəhlizlə Ermənistana çatdırılmasına da başlanıb. İlkin mərhələdə sırf Ermənistan üçün nəzərdə tutulan malların daşınması nəzərdə tutulur. Bu daşımaların artırılması üçün Ermənistan öz ərazisində İran sərhədindən Gürcüstan sərhədinə qədər - uzunluğu 556 km olan Şimal-Cənub avtomagistralının tikintisini başa çatdırmalıdır. Avtomagistralın ön plana çıxmasına səbəb Ermənistanın dəmiryol sisteminin İran sistemi ilə əlaqəsinin olmamasıdır. Sovet dövründə Naxçıvan vasitəsilə təmin olunan əlaqə çoxdan ermənilərin özləri tərəfindən sıradan çıxarılıb. Avtomobil yoluna gəlincə, Ermənistan onun tikintisinə 2009-cu ildən başlayıb, hələ heç yolun 50 faizi belə hazır deyil. Müxtəlif xarici qurumlardan alınan  kreditlər hesabına yolun bir neçə hissəsində tikinti işlərinə başlanılıb, lakin aşkarlanan korrupsiya faktları üzündən hələ də tikinti tamamlanmayıb. 
 
Yolun ayrı-ayrı hissələrinin tikintisinə ayrı-ayrı maliyyə qurumlarından kreditlər alınır. 2022-ci ilin iyununda Ermənistan rəsmiləri yolun Kacaran-Aqarak hissəsinin tikintisinin maliyyələşməsi üçün Avrasiya İnkişaf Fondunun 154 milyon dollar kredit ayırdığını elan ediblər. Bildirilib ki, bu hissənin tikintisi 2023-cü ilin sonunadək yekunlaşacaq. Lakin 2023-cü ilin oktyabrında məlum olub ki, Ermənistanla İran yolun həmin sahəsinin tikintisinə dair müqavilə imzalayıblar. İmzalanma mərasimində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın verdiyi məlumatdan aydın olur ki, 32 km-lik yolun tikintisi 210 milyon dollara başa gələcək və bu vəsaiti tamamilə İran maliyyələşdirəcək. Yolun tikintisini də İran şirkətləri həyata keçirəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılacağı deyilir. İran həmçinin Ermənistanla sərhəddə Araz çayı üzərində yeni körpünün tikintisini reallaşdıracaq. 
 
İyul ayında Ermənistan hökuməti Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi kimi Kacaran tunelinin tikintisi üçün kredit layihəsinin imzalanmasını təsdiqləyib. 200 milyon dollar kredit Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən veriləcək. İclasda ərazi idarəetmə və inkişaf naziri Qnel Sanosyan bildirib ki, hökumət özü də layihə üçün daha 194 milyon dollar ayıracaq. Marşrutun cənub hissəsində, Qacaran şəhəri yaxınlığında (İran sərhədi ilə Sisian şəhərinin yarısı) 7 km uzunluğunda tunelin tikintisi planlaşdırılır. Avrasiya Bankının digər krediti ilə (həmçinin Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun xətti ilə verilir) Şimal-Cənub magistralının ən cənub hissəsi də tikilir: Meğridən (İran sərhədi yaxınlığında) Kacarana ( Kacaran tunelinə giriş).
 
Yolun üzərində tikiləcək daha bir tunel Bərgüşat adlanır. O, yolun Kacaran-Sisian hissəsində tikiləcək. Burada tikinti işlərinin bir hissəsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından kredit cəlb edilib.
 
Hesab olunur ki, yolun ən çətin hissəsi Sisian-Kacarandır. Burada ümumi uzunluğu təxminən 16 kilometr olan iki böyük tunel tikilməlidir. Qaya içərisində çoxsaylı partlayışlar ciddi çökmələrə səbəb ola bilər. İşin altı il çəkəcəyi gözlənilir.
 
AYİB-in may ayında yaydığı açıqlamaya görə, bank Şimal-Cənub magistralının Sisian-Kacaran yolunun cənub hissəsinin tikintisini maliyyələşdirəcək: 236 milyon avro dəyərində kredit sazişi imzalanıb. 
 
Qeyd edilir ki, Sisian-Kacaran yolu İran sərhədindən Ermənistana qədər olan mövcud yolu əhəmiyyətli dərəcədə qısaldacaq: Kacarandan Sisiana qədər olan məsafə 118 km-dən 60 km-ə enəcək, orta gediş sürəti isə 50-dən 100 km-ə yüksələcək.  Yeni yol üç hissəyə bölünür: şimal, mərkəzi (Bərgüşat tuneli) və cənub. AYİB-in krediti ilə 24,2 km uzunluğunda cənub hissəsi - Kacarandan gələcək Barguşat tunelinə qədər bir neçə kilometr uzunluğunda tikiləcək. Bu hissədə 5 kiçik tunel və 11 körpü tikiləcək. İşlərin 2030-cu ilin noyabrında başa çatdırılması planlaşdırılır.
 
Sisian-Kacaran avtomobil yolu çərçivəsində 27 körpü və 9 tunel tikiləcək. Layihənin ümumi dəyəri təxminən 1 milyard dollar qiymətləndirilir. Bu yolun digər hissələrinin tikintisinin də Avropa İnvestisiya Bankı (AİB), Asiya İnkişaf Bankı (AİB) və Ermənistan hökuməti tərəfindən maliyyələşdiriləcəyi gözlənilir.
 
2022-ci ildə Ermənistan rəsmiləri ümumilikdə avtomagistralın tikintisinin ölkə büdcəsinə 3,5 milyard dollara başa gələcəyini açıqlamışdılar. O da o halda ki, 2022-2023-cü illərdə bütün sahələrin tikintisi üzrə müqavilələr imzalansın. Bu şərtlər daxilində yolun tikintisinin 2030-cu ilədək başa çatdırılması planlaşdırılırdı. Lakin artıq erməni iqtisadçı-ekspertlər bu müddətə işlərin başa çatdırılmasını real saymayaraq işlərin minimum 2032-2033-cü illərdə yekunlaşacağını gözləyirlər.
 
Təhlillər onu deməyə əsas verir ki, Ermənistan yenə xam xəyallara düşüb. Azərbaycanın iştirakı olmadan, ondan yan keçəcək layihələrdə hər hansı uğur mümkünsüzdür. Digər tərəfdən, bu utopik yolun heç 2035-də də hazır olacağı inandırıcı deyil. /Yeni Müsavat/
 
Oxşar xəbərlər
01:44, Bu gün
Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir
09 Sep 2024 | 23:22
Yeni "iPhone 16" təqdim edildi - FOTO
09 Sep 2024 | 23:15
Üzüm yığarkən dünyalarını dəyişən ər-arvadla bağlı DETALLI məlumatlar: “1 ay əvvəl nəvələri də ölüb”-FOTO+ÖZƏL
09 Sep 2024 | 23:10
Ölkədə aktiv ƏDV ödəyicilərinin sayında kəskin artım
09 Sep 2024 | 23:05
Ermənistan təlaşda: 25 il sonra ölkədə erməni qalmayacaq
09 Sep 2024 | 23:00
Bakıda uzun tıxac YARANDI
09 Sep 2024 | 22:53
Emin Bakıdakı layihəyə 1 milyard dollar xərclənəcəyini açıqladı
09 Sep 2024 | 22:48
Millimiz Türkiyəyə böyük hesabla uduzdu
09 Sep 2024 | 22:43
İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırdı
09 Sep 2024 | 22:38
“Qarabağ” ilk dəfə “EAFC 25″də
09 Sep 2024 | 22:34
Bu tip insanlara enerjinizi və zamanınzı sərf etməyin...
09 Sep 2024 | 22:30
Süd Yolu və Andromeda qalaktikaları toqquşdu
09 Sep 2024 | 22:24
31 illik həsrətə son qoyuldumu?..
09 Sep 2024 | 22:23
Ukrayna İranın cəzalandırması üçün Qərbə çağırış edib
09 Sep 2024 | 22:21
Professor enerji içkiləri barədə xəbərdarlıq edib
09 Sep 2024 | 22:13
“iPhone 16” təqdim edildi - FOTOLAR
09 Sep 2024 | 22:05
Düyü böhranı: Bu ölkədə limitlə satılacaq
09 Sep 2024 | 21:58
“ASAN müraciət”lə bağlı dəyişiklik olundu
09 Sep 2024 | 21:50
Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı
09 Sep 2024 | 21:43
Ozan Akbabaya Bakıda “Fəlakət”li sürpriz - VİDEO
09 Sep 2024 | 21:35
Azərbaycanlı iş adamı yenə deputat oldu - FOTO
09 Sep 2024 | 21:29
Smartfonlar beyin xərçənginə səbəb olurmu?-DÜNYA ALİMLƏRİ AÇIQLADI 
09 Sep 2024 | 21:25
Almaniya quru sərhədlərinə müvəqqəti nəzarət tətbiq edəcək - SƏBƏB
09 Sep 2024 | 21:20
Ana 7 yaşlı qızını döyüb xəstəxanalıq etdi - Azərbaycanda dəhşət
09 Sep 2024 | 21:14
İrəvandan hiyləgər gediş: Ermənistan Rusiyaya olan nifrətini pula çevirir
09 Sep 2024 | 21:06
Keyt Middltondan ŞAD XƏBƏR
09 Sep 2024 | 20:58
Xəstəni "Youtube"a baxıb əməliyyat etdi - görün nə baş verdi
09 Sep 2024 | 20:50
Rusiyanın döyüş dronları NATO ölkələrinin səmasında: "Elə indi hərəkətə keçin!.."
09 Sep 2024 | 20:45
Ukraynadan İrana xəbərdarlıq: Fakt təsdiqini taparsa...
09 Sep 2024 | 20:40
Universitetlərdə illik təhsil xərcləri niyə artırılıb?
09 Sep 2024 | 20:32
Əgər Rusiya bu şəhəri ələ keçirsə... - BBC
09 Sep 2024 | 20:27
Asim Mollazadənin qalib gəldiyi dairənin nəticələri ləğv edilir?
09 Sep 2024 | 20:22
Nə zaman limonlu çay içmək olmaz?
09 Sep 2024 | 20:16
Yeni "Samsung" planşetləri kəskin bahalaşacaq
09 Sep 2024 | 20:08
Bakıda məşhur zavodun çörəyindən naməlum QIRINTILAR ÇIXDI - VİDEO
09 Sep 2024 | 20:00
Paralimpiyaçılarla bağlı zarafat edən aparıcı CƏZALANDIRILDI
09 Sep 2024 | 19:52
Azərbaycanda DƏHŞƏT: Toy yasa döndü
09 Sep 2024 | 19:45
Azərbaycanda ən bahalı ixtisaslar: 9000, 10000 manat...
09 Sep 2024 | 19:37
Mirzoyanın “sülh sazişi” ilə bağlı fikirlərinə reaksiya
09 Sep 2024 | 19:30
“Sədərək”də patronlar və sandıqça aşkarlandı
09 Sep 2024 | 19:25
İllik təhsil xərclərinin miqdarı niyə artırıldı? - AÇIQLAMA
09 Sep 2024 | 19:18
Yatmazdan əvvəl manqo yeməyin faydaları
09 Sep 2024 | 19:11
Ukraynada erməni şərabları ilə bağlı tələb
09 Sep 2024 | 19:03
Saçımızı tökən saxta şampunlar - Ekspert: "Onlar Sumqayıtda istehsal olunur"
09 Sep 2024 | 18:58
"Barselona" diz bağları qopan Bernalla bağlı qərarını verdi
09 Sep 2024 | 18:50
"Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm"- Nəbi Xəzrinin oğlu 
09 Sep 2024 | 18:46
Mənzil bazarında durğunluq: ucuzlaşma olacaq?
09 Sep 2024 | 18:42
Bu 3 əlamət varsa, əriniz sizi sevmir
09 Sep 2024 | 18:36
Bu adam qəribə məqsədlə gündə cəmi 30 dəqiqə yatır
09 Sep 2024 | 18:34
Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR - ŞOK
09 Sep 2024 | 18:30
36 işçinin maaşı mənimsənilib - 1,1 milyonluq yeyinti
09 Sep 2024 | 18:28
ADU-nun rektoru Yay məktəbini bitirən xarici tələbələrlə görüşüb - FOTOLAR
09 Sep 2024 | 18:25
"iPhone 16 Pro"nun qiyməti açıqlandı
09 Sep 2024 | 18:23
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
09 Sep 2024 | 18:20
"Hadisəyə aşiqəm, onu çox sevirəm"
09 Sep 2024 | 18:17
Zakir Həsənov Gürcüstana səfər edib
09 Sep 2024 | 18:10
B6 vitamini ilə zəngin qidalar
09 Sep 2024 | 18:06
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək - FOTO
09 Sep 2024 | 18:00
“Nəzrin məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...”
09 Sep 2024 | 17:56
Bu dairələrin nəticələri ləğv edilir? - MSK sədri
09 Sep 2024 | 17:52
Məşhur Xalq artistimizin türk bəylə EŞQ YAŞADIĞI GÖRÜNTÜLƏR ortaya çıxdı - VİDEO
09 Sep 2024 | 17:47
Sürpriz transferin üstü açıldı: "Bazel"ə getməli idi, prezident istəmədi, "Qarabağ"a gəldi
09 Sep 2024 | 17:45
“Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...”
09 Sep 2024 | 17:40
"Yeni Klinika"da həkimlər xəstəni qəbul etmir? - Qalmaqallı video ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Sep 2024 | 17:36
Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ
09 Sep 2024 | 17:32
“Ərim kefdədir, hər gün telefonuna lüt qadın şəkilləri gəlir” - VİDEO
09 Sep 2024 | 17:28
Dünyada BİR İLK: Uşaq istehsal edən fabrik açılır, 200 min avroya körpə alacaqsınız... - VİDEO
09 Sep 2024 | 17:24
"Harris populyarlığını itirir, Trampın nikbinliyi üçün daha çox əsasları var" - yeni sorğunun nəticələri
09 Sep 2024 | 17:21
“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı
09 Sep 2024 | 17:17
Kamran Əliyev nazir müavini təyin edilən prokuroru belə yola saldı - FOTO
09 Sep 2024 | 17:12
Polis əməkdaşları hərəkətin intensiv olduğu yollarda xidmətlərini davam etdirirlər - VİDEO
09 Sep 2024 | 17:08
Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq öldü
09 Sep 2024 | 17:04
Fuad Hüseynov: "Qarabağa 8000-dək insan köçürülüb" - FOTO
09 Sep 2024 | 16:58
Estetik əməliyyatda pasiyenti ölən həkimin MƏHKƏMƏSİ BAŞLAYIR
09 Sep 2024 | 16:54
Əmək pensiyaları hansı əsasla indeksləşdirililir? - CAVAB
09 Sep 2024 | 16:48
Sevdanı izləyən manyakla bağlı QƏRAR
09 Sep 2024 | 16:42
Turist zəhərli ilanların olduğu qapalı adaya düşdü – VİDEO
09 Sep 2024 | 16:36
Yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
09 Sep 2024 | 16:30
Tokayev İlham Əliyevə zəng etdi
09 Sep 2024 | 16:23
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI
09 Sep 2024 | 16:16
"Dairə qapanır": USQ Kursk vilayətində daha bir körpünü məhv etdi - VİDEO
09 Sep 2024 | 16:09
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
09 Sep 2024 | 16:02
"Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI
09 Sep 2024 | 15:55
Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir? – Anası onu... – AÇIQLAMA
09 Sep 2024 | 15:50
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
09 Sep 2024 | 15:44
Qəzaya düşən Mirmahmud Mirəlioğlu danışdı - "Həm hərbi maşına, həm də..."
09 Sep 2024 | 15:38
Yaxın günlərdə... - Sülh sazişi ilə bağlı real şans
09 Sep 2024 | 15:32
Gəncədə "ÖLÜ KART" ƏMƏLİYYATI: 1 milyonluq yeyinti
09 Sep 2024 | 15:26
Şöbə rəisi və həkimə cinayət işi açıldı - 126 minlik dələduzluq
09 Sep 2024 | 15:20
Kamandan oxatanlarımız Vətənə medalla döndü - FOTOLAR
09 Sep 2024 | 15:15
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
09 Sep 2024 | 15:09
Xoşbəxtliyə dair 20 aforizm
09 Sep 2024 | 15:02
"Ukrayna müharibədə qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək" - Zelenski
09 Sep 2024 | 14:56
Rəsmi Bakı Tacikistanı təbrik etdi
09 Sep 2024 | 14:51
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 14:45
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...
09 Sep 2024 | 14:39
Bakıda evdən 89 min manatlıq oğurluq - 3 nəfər saxlanıldı
09 Sep 2024 | 14:33
Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
GÜNLÜK
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 10:26
Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 08:35
Əhaliyə XƏBƏRDARLIQ - 10 sentyabr saat 10:00-dan etibarən...
09 Sep 2024 | 11:55
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
09 Sep 2024 | 07:45
"Rusiyanın Qərbdəki agentura şəbəkəsi çökür..."- EKSPERT
09 Sep 2024 | 09:22
Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
09 Sep 2024 | 07:41
Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...
09 Sep 2024 | 08:32
İldırımlar daha çox çirklənmiş səmaları vurur... -TƏHQİQAT - “SCiİENCE ALETT”
09 Sep 2024 | 07:09
Yəhudi rejissor film festivalında İsrailin Qəzzada davam edən soyqırımını pislədi...-VİDEO
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 10:26
Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 08:35
Əhaliyə XƏBƏRDARLIQ - 10 sentyabr saat 10:00-dan etibarən...
09 Sep 2024 | 11:55
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
09 Sep 2024 | 07:45
"Rusiyanın Qərbdəki agentura şəbəkəsi çökür..."- EKSPERT
09 Sep 2024 | 09:22
Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
09 Sep 2024 | 07:41
Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...
09 Sep 2024 | 08:32
İldırımlar daha çox çirklənmiş səmaları vurur... -TƏHQİQAT - “SCiİENCE ALETT”
09 Sep 2024 | 07:09
Yəhudi rejissor film festivalında İsrailin Qəzzada davam edən soyqırımını pislədi...-VİDEO