Azərbaycanda hotellər "halal" olacaq: Nə dəyişəcək?
İqtisadiyyat
Oxunub: 193
18:55, Bu gün
Azərbaycanda hotellər
Müsəlmanların seçimi olan “halal turizm” bu sektorda payını günü-gündən artırır. Hazırda dünya üzrə səyahət edən təxminən 150 milyon müsəlman turistin tətil seçimləri məhz halal sertifikatı ilə formalaşır. Bu sahə ərəb ölkələri ilə yanaşı, Malayziya, Bəhreyn, Misir və Türkiyədə sürətlə inkişaf etməkdədir. Türkiyədə ilk belə hotel 1995-ci ildə istifadəyə verilib. Təbii ki, “halal turizm”in inkişafı üçün müvafiq hotellərin olması zəruridir.
 
Yeni dövlət standartı hazırlanır
 
Azərbaycanda da beynəlxalq təcrübə əsasında “halal turizm” xidmətləri üzrə yeni dövlət standartının qəbul olunması gözlənilir. Yeni standartların təsdiq edilməsindən sonra turizm obyektlərinə “halal hotel” sertifikatı veriləcək.
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbaycan Standartlaşdırma İnstitutu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır: “Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi İslam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır”.
 
Maraqlıdır, “halal hotel”in əsas konsepti nədən ibarətdir? Bu istiqamətdə müvafiq standartların qəbul edilməsi yerli turizmə nə qazandıracaq?
 
“Halal hotel” nədir?
 
Qeyd edək ki, ilk “halal hotel” xristian dövləti olmasına baxmayaraq İngiltərədə istifadəyə verilib. Daha sonra Malayziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Sinqapurda bu tipli hotellər tikilməyə başlayıb. Hazırda “halal hotel” axtaranlar “Halalbooking”də xüsusi filtrləmə seçimlərindən istifadə edərək onlarla marşrut və hotel arasında seçim edirlər. Halal konseptdə işləyən hotellərdə müəyyən kriteriyalar mövcuddur. Bu hotellərdə mühafizəkar ailələrin bütün həssaslıqları nəzərə alınır. Hotelin quruluşu, eləcə də mətbəxi buna uyğun dizayn edilir. Məsələn, otaqlarda qibləni göstərən işarələr, “Qurani- Kərim” kitabı, namaz xalçaları, islami telekanalların olması əsas tələblərdən sayılır. “Halal hotel”də kişi və qadın hovuzları, gözəllik mərkəzi və fitnes ayrıdır. Bu hotellərdə yemək və içki konsepti halaldır. Menyuda donuz ətindən hazırlanmış təamlar və spirtli içkilər olmur. Əgər hotel dəniz kənarında yerləşirsə, həm kişilər, həm də qadınlar üçün ayrıca çimərliklər mövcud olur. Bəzən obyektlərdə çimərliklər qarışıq da istifadə edilir. Amma bu zaman qadınların xüsusi qapalı çimərlik geyimlərindən istifadə etməsi məcburidir.
 
Say 230 milyona çatacaq
 
Statistik məlumatlara görə, bu gün dünyanın müxtəlif ölkələrində 350-dən çox “halal hotel” fəaliyyət göstərir. Onlardan 160-a yaxını Türkiyədə yerləşir. 2023-cü il Qlobal Müsəlman Səyahət İndeksinə görə, “halal turizmə” böyük sərmayə qoyan İndoneziya və Malayziya müsəlman səyahətçilər üçün dünyada ən yaxşı iki istiqamət sayılır. Digər İslam ölkələri, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman xüsusilə gənc müsəlman turistlərin favoriti olmağa davam edir. İslam Əməkdaşlıq Təşkilatına üzv olmayan Yaponiya, Tailand, Tayvan, Cənubi Koreya və Filippin də müsəlmanlar üçün ən yaxşı səyahət yeri kimi seçilir.
 
Proqnozlara əsasən, 2020-ci ildə dəyəri 220 milyard ABŞ dolları olan “halal turizm” sənayesinin qlobal iqtisadiyyata töhfəsi 2026-cı ilə qədər 35 faiz artaraq 300 milyard dollara çatacaq. Belə ki, dünya üzrə müsəlman ziyarətçilərin sayının 2026-cı ildə 230 milyona çatacağı və qlobal turistlərin 10 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.
 
Müsbət dinamika yarana bilər
 
Turizm üzrə ekspert Ruslan Quliyev bildirib ki, hazırda həm yay, həm qış turizmi üçün “halal hotel” konsepti aktualdır. Onun sözlərinə görə, son illər dünya turizm bazarında “halal otel” konsepti xüsusi diqqət çəkir: “Dünyada “halal hotel”lərə böyük tələbat var. Bu konseptdə hotellərə hər yerdə rast gəlmək mümkün deyil. Belə hotelləri axtaran səyahətçilər bahalı turistlər sayıldığından bu sahədə mövcud olan gəlirlərdən hər bir ölkə pay götürməyə çalışır. Ona görə də dünyada “halal turizm” ilbəil inkişaf edir. İndiyədək bu istiqamətdə Azərbaycanda da müəyyən işlər görülürdü. Ancaq bu konseptdə tam uyğun olan hotel yox idi. Nəzərə almalıyıq ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Körfəz ölkələrini əhatə edir. Düzdür, son illər ölkəyə gələn ərəb turislərin sayı azalıb. Biz bunun səbəblərini axtarmalıyıq. Bəlkə onlar elə Azərbaycanda halal konseptdə hotel olmadığından başqa bazarlara üz tutublar”.
Ekspert hesab edir ki, bu istiqamətdə yeni standartların hazırlanması təqdir olunmalıdır: “Güman edirik ki, bu addım növbəti ildə ölkəyə gələn turistlərin sayında müsbət dinamika yaradacaq. Sadəcə, sistemli iş aparılmalıdır”.
 
Turizm sektorunun iqtisadiyyatda payı artacaq
 
İqtisadçı-ekspert Eyyub Kərimli isə vurğulayıb ki, "halal hotel" standartına Azərbaycan bazarında da tələbat var. Çünki ölkəmizə İslam ölkələrindən xeyli sayda turistlər gəlir: “Bu sertifikatda hotellərin olması onların məmnuniyyəti üçün müsbət təsir göstərən amillərdəndir. Yəni, “halal hotel” sertifikatı ilə hotellər bu kateqoriyada turistlərin tələbatını qarşılayacaq. Nəticədə müsəlman ölkələrindən gələn turistlərin sayı daha da artacaq. Eyni zamanda, biz müsəlman ölkəsi olduğumuzdan belə hotellərə yerli turistlər də maraq göstərəcəklər. Bu isə turizm sektorunun ölkə istisadiyyatında payını əhəmiyyətli dərəcədə artıracaq”.
 
Həm paytaxtda, həm də bölgələrdə
 
Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanda “halal hotel”lərin fəaliyyəti həm regionlarda, həm də paytaxt ərazisində nəzərdə tutulub: “Ümumiyyətlə, istənilən hər hansı hotel də bu konseptə keçə bilər. Bu, Azərbaycana yeni müştəri portfeli yaradacaq. Hesab edirəm ki, dini konseptdə hotellər fəaliyyət göstərsə, yəni halal və alkoqolsuz qidalardan ibarət bufet və ayrı-ayrı hovuzlar mövcud olsa, xüsusi namaz otaqları ayrılsa, Azərbaycana yeni müştəri bazası yaradacaq”.
 
"Kaspi" qəzeti
Oxşar xəbərlər
21:08, Bu gün
Olimpiadadakı bu QARŞILAŞANIN GÖRÜNTÜLƏRİ GÜNDƏM oldu
21:00, Bu gün
Otel otağında başına oyun açılan qadın əslində GÖRÜN KİM İMİŞ – “Məni 5 saat…”
20:36, Bu gün
Rusiyada "YouTube" işləmir
20:26, Bu gün
Paris-2024: Azərbaycan basketbolçuları qrupda sonuncu matçını keçirib
20:16, Bu gün
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
20:08, Bu gün
Bəşəriyyət süni intellektin TƏHDİDİ ALTINDA
20:00, Bu gün
Bakıda 20 yaşlı qızı maşına qoyub qaçırıblar?- FOTO
19:50, Bu gün
ABŞ Livanı tərk etmək istəyən vətəndaşlarını biletlə təmin edəcək
19:44, Bu gün
Oğuzda başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada öldü
19:36, Bu gün
Bakıda kişi binanın qabağında sirkə turşusu içib öldü
19:28, Bu gün
Qovrulmuş fındığın hansı faydaları var?
19:20, Bu gün
Laçında mina partladı: yaralı şəxs Xankəndiyə təxliyə edildi
19:11, Bu gün
Hirslənəndə niyə "zəhər, zəqqum ye" deyirlər? - "Belə yaranıb"
19:03, Bu gün
"Mərhum qalır bir tərəfdə, özündən danışır" - Cavidan Novruz
19:02, Bu gün
Bir soydaşımızın da iştirakıyla Basarkeçərin azərbaycanlı rəhbərinə  sui-qəsd planı...  
18:55, Bu gün
Azərbaycanda hotellər "halal" olacaq: Nə dəyişəcək?
18:48, Bu gün
Yaşıl üzümün inanılmaz faydaları
18:40, Bu gün
Avqustda sınağa çəkiləcək BÜRCLƏR
18:33, Bu gün
Rusiyaya növbəti zərbə Ermənistandan gəldi- DETALLAR 
18:30, Bu gün
Hərbçilərə ŞAD XƏBƏR
18:21, Bu gün
Kilsənin yanında Qurandan sitat gətirən qız saxlanıldı
18:16, Bu gün
Parisdə triatlonçuların üzgüçülük məşqləri niyə ləğv edildi?
18:08, Bu gün
60 yaşdan yuxarı insanlar üçün ən yaxşı çay
17:57, Bu gün
Ağacın altında qalıb can verdi
17:52, Bu gün
Uşaqlarımızı kimlərə əmanət edirik? - Savadsız dayəni ona görə seçirik ki... - VİDEO
17:48, Bu gün
Türkiyədə zəlzələ ilə bağlı vacib addım: Hər kəs yaşadığı evin...
17:42, Bu gün
"İran İsrailə tez bir zamanda və sərt cavab verəcək" - "The Wall Street Journal" tarixləri açıqladı
17:40, Bu gün
Tromb nədir və ondan necə qurtulmaq olar? - MÜSAHİBƏ
17:34, Bu gün
Yarışçıları rəqiblərindən daha çox sınağa çəkən Sena: Daha 24 nəfər həkimə müraciət etdi - VİDEO
17:28, Bu gün
SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı
17:21, Bu gün
“Başımla cavabdehəm, barmağını yalayacaqsan... Get, benzinin qiymətindən yaz” - REPORTAJ + FOTO
17:11, Bu gün
Laçında mina partladı: Xəsarət alan var
17:06, Bu gün
Müğənnilərin efirdə bu hərəkəti qınandı - VİDEO
16:59, Bu gün
Xalq artistlərimiz gənclikləri ilə qaşılaşsaydı - VİDEO
16:52, Bu gün
Dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
16:45, Bu gün
"Rusiya ilə Qərb arasında böyük mübadilə: Kreml Ukraynada müharibəni dayandırmayacağına əmin edib" 
16:38, Bu gün
“Go Abroad” MMC-nin əməkdaşları saxlanıldı - VİDEO
16:31, Bu gün
İşlədiyi evdən qızılları oğurlayan qadın tutuldu - FOTO
16:24, Bu gün
Ermənistanın yiyəsi kimdir?
16:17, Bu gün
İnternet BAHALAŞIR: 15 avqusta kimi BU tariflə ödəniş olacaq - RƏSMİ
16:13, Bu gün
“Bu, müasir AES deyil, bu, daha çox partlamağa hazır olan nüvə bombasıdır”
16:10, Bu gün
İsrail HƏMAS-ın növbəti yüksək vəzifəli şəxsini qətlə yetirdi - FOTO/VİDEO
16:04, Bu gün
"Osiyek" - "Zirə" oyununun hakim təyinatları bəlli oldu
15:57, Bu gün
Azərbaycanlı aktrisaya AĞIR İTKİ - FOTO
15:50, Bu gün
XİN-dən Livanda yaşayan vətəndaşlarımıza XƏBƏRDARLIQ
15:45, Bu gün
Xarici şirkətin qaydası üstündür, yoxsa Nazirlər Kabinetinin? - Taksi sürücüləri "odla oynayırlar"? - ARAŞDIRMA
15:38, Bu gün
Qeydə alınan yerli müşahidəçilərin sayı məlum oldu
15:36, Bu gün
Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: "Məhkəmədə mülki iş üzrə tərəfəm.Vəkilim yoxdur.Necə edim ki,qələbə qazanım?"
15:29, Bu gün
Çempionlar Liqası: "Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı bəlli oldu
15:24, Bu gün
"Atamın ölümü xeyirliyədir" - Haniyənin oğlu
15:22, Bu gün
Deputatlığa namizədliyi qeydə alınanların sayı AÇIQLANDI
15:15, Bu gün
Kənan Seyidovun təyinatı təsdiqləndi
15:08, Bu gün
Bakıda evdən qaçan qız tapılaraq xəstəxanaya yerləşdirilib - FOTO
15:01, Bu gün
"Xidməti-döyüş fəaliyyətləri yüksək səviyyədə təşkil edilir"
14:55, Bu gün
Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat aldı
14:49, Bu gün
İran İsraillə müharibədən bu səbəbdən yayınmağa çalışır – SENSASİON ŞƏRH
14:42, Bu gün
"Hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib"
14:35, Bu gün
Paris-2024: Məryəm 35-ci oldu
14:28, Bu gün
Bakıda niyə sadə çay verilmir? - Müştərilərin “soyulmasının” səbəbi bilindi
14:21, Bu gün
Müdafiə Nazirliyində kollegiya iclası keçirildi
14:17, Bu gün
“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...”
14:14, Bu gün
Paris-2024: Üzgüçümüz finişə 3-cü çatıb - FOTO/VİDEO
14:08, Bu gün
Bakıda 24.7 milyon manata bina satılır
14:01, Bu gün
Rübabə Muradovadan sonra mahnıya yeni nəfəs... - VİDEO
13:54, Bu gün
Ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskinin niyə həbs edildiyi məlum oldu
13:48, Bu gün
"Barselona"nın gələcək ulduzu və Ronaldunun varisi bir arada
13:41, Bu gün
"Xameneyinin açıq və yüksək səslə söyləməsi..." - Con Kirbi bəyan etdi
13:34, Bu gün
Şəhidin anası vəfat etdi - FOTO
13:27, Bu gün
Bakıdakı Avropa çempionatının posteri təqdim olundu
13:20, Bu gün
Dövlət sərhədini pozan İraq vətəndaşı SAXLANILDI - FOTO
13:13, Bu gün
Füzulidə növbəti əmək yarmarkası keçiriləcək - Bu tarixdə
13:07, Bu gün
Vatikandan gələn həqiqət erməni diasporunu silkələdi - "La Gazette du Caucase" 
13:00, Bu gün
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
12:56, Bu gün
Dünən Bakı-Sumqayıt magistralında baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı
12:51, Bu gün
Xalq artisti Tünzalə Ağayevanı hələ belə görməmişdiniz - FOTO/VİDEO
12:46, Bu gün
Qonaq sevməyən bürclər - Onların evlərinə getməyin
12:41, Bu gün
Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
12:35, Bu gün
Qarabağ müharibələrinin qara statistikası: 3961 ailə öz doğmalarını gözləyir
12:30, Bu gün
Paris-2024: Diana Dımçenko yarışı 17-ci sırada bitirib
12:25, Bu gün
Qağayılar turistlərin üzərinə HÜCUM ETDİLƏR
12:25, Bu gün
Horadizdə avtokranın istismarı dayandırıldı - VİDEO
12:19, Bu gün
Fransanın zəhərlədiyi cənnət: Orada insanlar ölümə məhkumdur - FOTO
12:13, Bu gün
Somalidə məşhur hoteldə partlayış: Onlarla ölən və yaralanan var - VİDEO
12:09, Bu gün
DİM-ə müraciət etdi, topladığı bal maksimuma çatdırıldı
12:08, Bu gün
Paşinyan yolüstü bazardan əncir və doşab aldı...-VİDEO
12:05, Bu gün
Berlinin Bakı siyasətinin yarıtmazlığı: Almaniya nə etməyi düşünür?
12:00, Bu gün
Azərbaycanda 16 dilənçi saxlanıldı
11:55, Bu gün
Ərəb qadınlarının gözəllik sirri - Bunun sayəsində qüsursuz görünürlər
11:50, Bu gün
Azərbaycanda saxta polis tutuldu - VİDEO
11:45, Bu gün
“Neftçi” "Turan"ı qəbul edəcək - Premyer Liqanın bugünkü oyunları
11:40, Bu gün
Elçilikdə gəlinin imtahan cavabına baxırlar - Qeyri-adi adət
11:36, Bu gün
Danla Biliçin Bakıdakı izdihamı "zoopark" adlandırmasını tənqid etdi - VİDEO
11:30, Bu gün
Yemiş qabıqlarını əsla atmayın! - Yapon alimdən sevindirən xəbər
11:26, Bu gün
Yarım milyon insanı şüalanmaya məruz qoyan atom qəzası – Xruşov hadisə ilə bağlı sənədləri ləğv etməyə cəhd edib
11:24, Bu gün
DİN vətəndaşlara müraciət edib
11:18, Bu gün
Türkiyədə zəlzələ oldu
11:12, Bu gün
Polisdən ƏMƏLİYYAT: 35 nəfər saxlanıldı - VİDEO
11:06, Bu gün
Şirvanda ana və azyaşlı qızı faciəvi şəkildə öldü
11:00, Bu gün
Olimpiya çempionlarımız Vətənə qayıdır
10:54, Bu gün
Azərbaycandan turist axını 26%-ə yaxın artıb
GÜNLÜK
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
AYLIQ
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO