ARDNF: İqtisadi inkişafımızın barometri və tənzimləyicisi!
İqtisadiyyat
Oxunub: 1062
11:09, Bu gün
ARDNF: İqtisadi inkişafımızın barometri və tənzimləyicisi!

Ölkəmiz iqtisadi inkişafında, respublika əhəmiyyətli sosial layihələrin  reallaşmasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) önəmi birmənalıdır. Yarandığı ilk gündən etibarən dövlətimizi iqtsiadi təbəddülatlardan qoruyan, onun şaxələnməsi və möhkəmlənməsini təmin edən ARDNF, bu gün də yeni-yeni uğurlar imza atmaqdadır.

 

Heydər Əliyevdən dahiyanə gediş: Günümüzlə yanaşı, həm də gələcəyin qayğısına qalan Lider!

 

Məlumat üçün qeyd edək ki, ARDNF 1999-cu ilin 29 dekabr tarixində Ulu öndər Heydər Əliyevin 240 nömrəli Fərmanı ilə yaranıb. Məqsəd ölkənin neft və qaz gəlirlərindən əldə edilən gəlirlərin toplanması, bu gəlirlərin effektiv şəkildə istifadəsi və gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.

 

1994-cü ildə Azərbaycanla dünyanın aparıcı neft şirkətləri arasında “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizə neft ixracından böyük vəsaitlər əldə etməyə imkan verdi. Bu addım siyasi baxımdan yenicə müstəqillik əldə edən, iqtisadi baxımdan hələ möhkəmlənməyən dövlətimizin büdcəsini doldurmağa, onun  iqtisadi manevr imkanlarını artırmağa, gücünə-güc qatmağa imkan verdi.  Məhz belə bir vaxtda Ümummilli lider o vaxt bir çoxları üçün o qədər də anlaşılan olmayan tarixi yeniliyə imza atdı. Heydər Əliyev Azərbaycanı gələcək nəsillərə daha güclü şəkildə qoyub getmək üçün ARDNF-ni yaratdı ki, bu da müstəqil dövlətimizin tarixində tamamilə yeni hadisə idi.

 

Bu fakt bir daha Heydər Əliyevin nə qədər uzaqgörən və məsuliyyətli lider olduğunu sübut etdi. Ulu öndər bununla bütün dünyaya göstərdi ki, o, sadəcə indiki nəsillər qarşısında deyil, gələcək nəsillər qarşısında da məsuliyyət daşıdığını anlayır və Azərbaycanın neft-qaz sərvətlərinin bugünkü nəsillərlə yanaşı, həm də gələcək nəsillərə məxsusluğunu dərk edir, onların da bu sərvətlərin ixracındna əldə edilən vəsaitdən istifadə haqqını təmin edir.

 

Neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçiddə ARDNF-nin tarixi rolu...

 

ARDNF-in Azərbaycan xalqı qarşısındakı çoxsaylı xidmətlərindən biri Fondun neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçidə ciddi dəstək verməsi, bu sahədə həyata keçirilən bir çox mühüm, ümummilli layihəni maliyyələşdirməsidir. Hansı ki, bu, ölkəmiz, iqtisadiyyatımız və gələcək nəsillər üçün həyati əhəmiyət kəsb edir. Çünki neft və qaz tükənən sərvətlər sırasına daxil olduğu üçün ölkəmizdə də bu ehtiyatların zamanla azalacağı şübhəsizdir. Elə bu səbəbdən də neft iqtisadiyyatından qeyri-neft iqtsiadiyyatına keçid, habelə, iqtisadiyyatın şaxələndirilməsi dövlətimizin qarşısında duran əsas məsələlərdəndir.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  bu zərurətə diqqət çəkərək demişdir: “Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir...

 

Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir...”

 

Prezidentin məlum açıqlaması qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini göstərir.

 

Qeyri-neft sektoru üzrə dünya miqyaslı yüzlərlə mütəxəssis hazırlayan ARDNF-nin insan kapitalı siyasəti...

 

Sevindiricidir ki, ARDNF bugünə qədər qeyri-neft sektorunun inkişafına böyük töhfələr verib. ARDNF-nin bu sahədəki xidmətlərindən biri strateji sahə olan təhsil sektoruna böyük maliyyə vəsaiti ayırması, xaricdə təhsil alan bir çox tələbənin xərclərini qarşılamasıdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamının 2-ci bəndinə uyğun olaraq bu kateqoriyadan olan tələbələrin ARDNF-in vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilib. Həmin tarixdən bugünə qədər ARDNF xarici ölkələrdə milli kadrların hazırlanması prosesində aktiv iştirak edərək, qeyri-neft sektoru üzrə yüzlərlə mütəxəssisin yetişdirilməsinə dəstək verib. Nümunə üçün qeyd edək ki, bugünə qədər Böyük Britaniyada 960, Kanadada 239, İrlandiyada 11, İspaniyada 26, Almaniyada 409, Avstraliyada 84 tələbə, Fransada 101 ARDNF-n maliyyə dəstəyi ilə təhsil alıb. İtaliya, Sinqapur, Hollandiya, Cənubi Koreya, Belçika, Rusiya və s. kimi ölkələrdə də toplam yüzlərlə tələbə ARDNF-in maliyyə dəstəyi ilə öz təhsilini uğurla başa çatdırıb.

 

Qlobal iqtisadi kataklizmlərə qarşı etibarlı sığınacaq: Strateji valyuta ehtiyatları “bazası”...

 

ARDNF-nin ölkə iqtsiadiyyatındakı önəmli rollarından biri də adıçəkilən qurumun strateji valyuta bazası rolunda çıxış etməsidir. Strateji valyuta ehtiyatlarına sahib olan və bu ehtiyatları zamanla genişləndirən ARDNF, bununla milli iqtisadiyyatımızı qlobal iqtisadi müharibə və kataklizmlərdən uğurla qorumaqda, iqtisadi təhlükəsizliyimizi təmin etməkdədir. Məlumat üçün qeyd edək ki, 2024-cü ilin 1 iyul tarixinə qədər ölkəmizin strateji valyuta ehtiyatları 69 milyard 738,2 milyon ABŞ dolları təşkil edir ki, bu da valyuta ehtiyatlarımızdakı artımdan xəbər verir. Onu da qeyd edək ki, bu ehtiyatın daha böyük hissəsi – 83,2 %-i, yaxud 58 milyard 000,6 milyon ABŞ dolları ARDNF-nin, qalan 16,8 %-i, yaxud 11 milyard 737,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşür.

 

ARDNF həm də aktiv investor kimi fəaliyyət göstərməkdədir. 2024-cü ilin 1 yanvar tarixində ARDNF-nin investisiya mülkiyyətinin dəyəri 1 milyard 536,719 milyon manat təşkil edib.

 

ARDNF-nin investor kimi fəaliyyəti ona əlavə vəsaitlər əldə etmək, ölkə iqtisadiyyatının inkişafına bu müstəvidə də töhfə vermək imkanı qazandırır. Təkcə bir faktı qeyd edək ki, ARDNF Türkiyə Mərkəzi Bankındakı müddətli depozidlərdən sadəcə 2023-cü ildə 16 milyon manat gəlir əldə edib ki, bu da kifayət qədər yüksək göstəricisidir.

 

ARDNF-dən 8 Noyabr zəfərinə tarixi töhfə, yaxud makroiqtisadi sabitliyin yaratdığı “möcüzə”

 

Öz nəhəng valyuta ehtiyatı, investisiya siyasəti ilə ölkəmzidə makroiqtsiadi sabiliyin təminatında mühüm rol oynayan ARDNF, 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi qalibiyyətimizə də böyük töhfə vermiş, düşmən üzərindəki böyük zəfərdə pay sahibi olmuşdur. Belə ki, ölkəmizin digər iqtisadi institutları kimi ARDNF də öz imkan və potensialı ilə müharibə dönəmində iqtisadi sabitliyin qorunub saxlanılmasında aparıcı rol oynamış, düşmənlə ölüm-dirim mübarizəsi aparan ölkəmizdə iqtisadi kataklizmlərin baş verməsini önləmiş, hərbi əməliyyatların gedişatında belə sabit və dinamik iqtsiadi inkişafı təmin etmişdir.  

 

Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müharibə dönəmində belə heç bir sosial layihədən imtina etməmiş, heç bir sosial proyektin reallaşmasını təxirə salmamışdır.

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qeyd edib ki, istənilən qələbədə iqtisadi gücün rolu böyük, əksər hallarda isə həlledicidir:

 

“Müharibədə ordunun döyüş hazırlığı, peşəkarlığı, texniki təchizatı, idarətetmə səviyyəsi və s. şübhəsiz ki, mühüm əhəmiyyətə malikdir. Biz bu həqiqətə 44 günlük Vətən müharibəsinin timsalında bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq sərgiləyərək düşməni qısa zamanda darmadağın etdi. Lakin biz bu müharibədə həm də iqtisdiyyatımızın gücünü hiss etdik.

 

Bildiyiniz kimi, istənilən müharibə çoxlu maliyyə vəsaiti və güclü iqtisadiyyat tələb edir. Müharibə uzandıqca qələbənin taleyi, həm də bu amillərdən asılı vəziyyətə düşür. Qürurvericidir ki, biz bu müharibədə iqtisadiyyatımızın da son dərəcə güclü olduğunu gördük. Müharibə dönəmində ölkəmizdə iqtisadi baxımdan heç bir qeyri-sabitlik, böhran baş vermədi. Heç bir sosial layihə təxirə düşmədi. Əksinə, iqtisadiyyatımızda artım tempi müharibə dönəmində də davam etdi.

 

İqtisadi sabitliyin təmin olunmasında, iqtisadi risk və təhdidlərin ortadan qaldırılmasında ARDNF də mühüm rol oynadı. ARDNF-nin sahib olduğu nəhəng iqtisadi-maliyyə gücü psixoloji baxımdan da cəmiyyəti rahatlatdı, insanlarda güvən hissinin artmasına, mübarizəni daha inamla davam etdirməsinə səbəb oldu. Bütün bunlar bir daha Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadi sahədə də əsl möcüzə yaratdığını, etibarlı, güclü və dinamik iqtisadiyyat formalaşdırdığını göstərdi.

 

İnanıram ki, ARDNF bundan sonra da makroiqtsiadi sabitliyin təmin olunmasına, iqtisadiyyatımızın daha da inkişaf etməsinə böyük töhfələr verəcək və biz bu töhfələrin nəticəsini müdafiə və təhlükəsizlik məsələlərində də hiss edəcəyik”.

 

 ARDNF iqtisadi inkişafın barometri rolunda...

 

Onu da qeyd edək ki, ARDNF ölkə iqtisadiyyatının inkişafına, bütövlükdə regionda iqtsiadi sabitlik və təhlükəsizliyin təmininə töhfə verməklə yanaşı, həm də iqtisdi inkişafımızdakı inkişaf meyillərini də özündə əks etdirir. Belə ki, son illər iqtisadiyyamız inkişaf etdikcə ARDNF-in strateji valyuta ehtiyatları da buna müvafiq şəkildə yüksəlməkdə, investisiya qoyuluşu artmaqdadır.

 

Bu gerçəklik bir daha göstərir ki, ARDNF iqtisadi inkişafımızın barometri – etibarlı göstəricisidir. Ümid edirik ki, bu göstərici hər zaman dinamik şəkildə yüksələcək və vətəndaşlarımızın sosial məmnununluğunu daha da artıracaqdır.

 

Seymur ƏLİYEV

 

Məqalə ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Oxşar xəbərlər
21:22, Bu gün
İstanbul Hava Limanı dünyanın ən yaxşısı seçildi
21:16, Bu gün
İyul ayında yeyə biləcəyiniz sağlamlığa ən faydalı meyvələr
21:10, Bu gün
"Bu yüzilliyi udmaq Ukraynada qalib gəlmək deməkdir..."
21:06, Bu gün
Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
21:00, Bu gün
Ayran pəhrizi ilə sağlam arıqlayın
20:56, Bu gün
Sabahdan etibarən II Şuşa Qlobal Media Forumu başlayır
20:55, Bu gün
2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
20:50, Bu gün
İranda silahlı hücum: 1 polis öldürüldü
20:44, Bu gün
İmtahanda 8 nəfərin nəticəsi ləğv edilib
20:40, Bu gün
"Buna görə də qadınlarla dostluq etmirəm"
20:33, Bu gün
Vyetnamın sabiq prezdenti vəfat etdi
20:25, Bu gün
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
20:17, Bu gün
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
20:11, Bu gün
Dünyanın ən dəyərli 10 markası - Siyahıda hansı adlar var?
20:06, Bu gün
COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
20:00, Bu gün
Maşını istidə yuyan sürücülərin səhvi – Nəticələr faciəli ola bilər
19:52, Bu gün
"Netflix"in abunəçiləri 8 milyon, qazancı 2,1 milyard artıb
19:47, Bu gün
Kapitan siqaretə görə Olimpiya yığmasından qovuldu
19:40, Bu gün
"Samsung" dünyanın ən nazik qatlana bilən smartfonunu buraxmaq istəyir
19:36, Bu gün
CV-də yanlış məlumat yazanda müsahibədə üzə çıxır?
19:30, Bu gün
Alma sirkəsi xərçəngdən qoruyur? - EKSPERT CAVABI
19:25, Bu gün
Millinin futbolçusu zorlamada şübhəli bilindi: Saxlanıldı
19:20, Bu gün
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19:15, Bu gün
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü
19:10, Bu gün
Bakıda yaşayış kompleksindən OĞURLUQ: işçilər tutuldu
19:04, Bu gün
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
18:57, Bu gün
56 min dollara təqdim edilən “Caviar” telefonu
18:53, Bu gün
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
18:45, Bu gün
"Cavanşirsiz çox tənhayam" - VİDEO
18:40, Bu gün
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
18:39, Bu gün
İş adamının ağacdan asılmış meyiti tapıldı
18:35, Bu gün
Limon suyu mikrodalğalı sobada qızdırın – SƏBƏB
18:33, Bu gün
Zaqatalada siçan əleyhinə dərman içən qızın məktubu tapıldı: "Məni heç kim istəmir"
18:31, Bu gün
Dubay şahzadəsi boşandı - "Sən başqa işlərlə məşğulsan"
18:21, Bu gün
Bakıda ŞOK OLAY: maşını qəsdən aşırdıb qadını öldürdü
18:16, Bu gün
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
18:11, Bu gün
Avqust ayında bürcləri nə gözləyir?
18:10, Bu gün
"Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir"
18:05, Bu gün
Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir
18:02, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 tərəfdaşlıq proqramını təqdim etdi - FOTO
17:57, Bu gün
İstirahətə gedən ailə Şabranda qəzaya düşdü
17:52, Bu gün
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
17:47, Bu gün
Böyükşor gölündən gələn üfunətin səbəbi nədir? - Rəsmi AÇIQLAMA
17:41, Bu gün
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"
17:35, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
17:30, Bu gün
Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
17:25, Bu gün
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
17:20, Bu gün
Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı AÇIQLANDI
17:15, Bu gün
Tanışı itələyib yıxdı - Xəstəxanada öldü
17:12, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza - Nənə və nəvəsi öldü
17:10, Bu gün
“Sumqayıt” – “Fehervar” oyununun hakimləri müəyyənləşdi
17:06, Bu gün
Parlament seçkiləri ilə bağlı bu tələblər təsdiqləndi
17:00, Bu gün
Bu partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
16:54, Bu gün
Taksi xidmətindən kənarlaşdırılan sürücülərlə bağlı RƏSMİ TƏKLİF
16:48, Bu gün
"Qapalı geyindim, amma yenə seksualam" - VİDEO
16:42, Bu gün
“Elit star” Cəmilə efirdə Ruhəngizi PƏRT ETDİ: “Elə bil çimərliyə gəlmisən” - VİDEO
16:37, Bu gün
Kəlbəcərin zəngin meşələri - Qoruyaq, böyüdək! - FOTO
16:30, Bu gün
“Qəbul imtahanları sadələşdirilməlidir”
16:24, Bu gün
Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir - TƏHLİL + FOTO
16:18, Bu gün
"Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var" - Sahil Babayev
16:12, Bu gün
“Azəriqaz” Zəngilanda qaz tənzimləyici məntəqə qurur
16:06, Bu gün
Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasına başçılıq edəcək
16:00, Bu gün
Qara maskalı şəxs mağazadakı ödəmə terminalından oğurluq etdi - VİDEO
15:55, Bu gün
Bu ölkədə rəsmi namizəd əleyhinə səs vermək xəyanət kimi qəbul edilir və bunu edənlər...
15:53, Bu gün
Bakıda quru və qəzalı ağaclar götürülür - FOTOLAR
15:47, Bu gün
Füzulidə yanğın: Helikopter cəlb olundu - VİDEO
15:41, Bu gün
Baş prokuror Qusarda vətəndaşları qəbul etdi - FOTOLAR
15:35, Bu gün
"Ukrayna bu müharibədə qalib gələ bilməz" - ABŞ vitse-prezidentliyinə namizəd
15:28, Bu gün
Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO
15:22, Bu gün
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
15:17, Bu gün
Bu ərazilərə yağış yağacaq - XƏBƏRDARLIQ
15:12, Bu gün
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
15:07, Bu gün
Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
15:01, Bu gün
Dünyada xaos: Məşhur türkiyəli astroloq gözlənilməz hadisələr barədə xəbərdarlıq etmişdi…
14:56, Bu gün
Müşviqin verilişi BAĞLANDI
14:50, Bu gün
Bakının BU KÜÇƏSİ təmir olunur - VİDEO
14:46, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edildi - FOTO
14:41, Bu gün
Bütün dünya boyunca IT-nin işində qlobal fasilə yaranıb
14:35, Bu gün
23 yaşlı qadın qocalar evində yaşayan 80 yaşlı kişi ilə evləndi - FOTO
14:28, Bu gün
Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion ŞƏRH
14:22, Bu gün
Analitik Londonda Əliyev-Paşinyan görüşünün baş tutmamasının ilginc səbəbini açıqladı...
14:16, Bu gün
İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb... – ŞOK
14:09, Bu gün
Yayda çay və kofe içərkən bunlara DİQQƏT EDİN
14:05, Bu gün
"Güclü parlament islahatların aparılmasına töhfə verə bilər”
14:03, Bu gün
Azərbaycandakı işsizlərin sayı açıqlandı
13:57, Bu gün
XİN rəhbərlərinin "3+3" formatında növbəti görüşünün məkanı açıqlandı
13:51, Bu gün
Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı
13:45, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdən hamı ucuz ev ala biləcək
13:38, Bu gün
22 nəfərə professor elmi adı verildi
13:32, Bu gün
Ofeliya Şabanova ağır xəstəliyə tutuldu - "İki körpəm var"
13:26, Bu gün
"CineMastercard" kinoteatrında Milli Mətbuat Günü
13:20, Bu gün
"Qızıl top"un qapıçılar arasında yeganə qalibi futbol tarixinin ən yaxşısı seçildi - SİYAHI
13:14, Bu gün
Tikinti obyektlərinin istismarına icazə verilməsi üçün xidmət haqları müəyyən edildi - FOTO
13:07, Bu gün
“Qarabağ”ın bütün potensial rəqibləri
13:00, Bu gün
Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi - VİDEO
12:54, Bu gün
Bir qrup jurnalist mükafatlandırılacaq
12:48, Bu gün
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
12:42, Bu gün
“Sadə profilaktika tədbirlərinə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar”
12:36, Bu gün
Bu müəllimlərin əmək haqlarına dəyişiklik ediləcək
12:30, Bu gün
Prezident İlham Əliyev Böyük Britaniya kralı ilə görüşdü - FOTO
GÜNLÜK
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
AYLIQ
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO