İdarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?
İqtisadiyyat
Oxunub: 1870
01 Jul 2024 | 15:30
İdarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

"Yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi xüsusilə əhəmiyyətlidir. Ümumilikdə ESG (Environmental, Social and Governance) prinsipləri dedikdə E komponenti üzrə şirkətin ekologiyaya münasibətdə nə dərəcədə diqqətli davranması, o cümlədən şirkətin korporativ iqlim siyasəti, enerjidən istifadəsi, tullantıların idarə edilməsi, təbii resursların qorunması istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. ESG-nin digər iki komponenti S və G isə şirkətin işçilərə, təchizatçılara və müştərilərə münasibətini, dəqiq və şəffaf mühasibat uçotunun tətbiqini, rəhbər işçilərin seçimi zamanı dürüstlük və bərabərliyə riayət olunması, səhmdarlar qarşısında cavabdehlik kimi məsələləri əhatə edir.

ESG-nin hər bir komponenti üzrə qanunvericilikdə bir sıra güzəşt, imtiyaz və dəstək tədbirləri nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həmin güzəşt və imtiyazları diqqətinizə təqdim edir.

E komponenti (ekoloji, ətraf mühitin mühafizəsi) üzrə güzəştlər

Azərbaycanda atmosfer havasını çirkləndirən əsas mənbə nəqliyyat sektorunun payına düşür. Son illər iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı da sürətlə artır. Qeyd edilməlidir ki, köhnə nəqliyyat vasitələrinin istismarı Bakı və digər böyük şəhərlərdə havanın keyfiyyətinə mənfi təsir göstərir. Bu tendensiyanın qarşısını almaq üçün 2019-cu ildən etibarən mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb.

Vergi Məcəlləsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 2019-cu ildən əlavə dəyər vergisindən (ƏDV) azaddır. 2022-ci ilin 1 yanvar tarixindən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üç il müddətinə, istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı dörd il müddətinə ƏDV-dən azad olunub. Sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən beş il müddətinə ƏDV-dən azaddır.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, zavod buraxılış tarixindən üç ilədək ötmüş yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri və avtomobillər üçün ikinci və üçüncü səviyyəli enerji doldurucularının idxalı gömrük rüsumundan azad edilib.

Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpaolunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan mənfəət gəlir vergisindən azaddır.

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-13-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədilə Balaxanı Sənaye Parkı yaradılıb. Sənaye parkının yaradılmasında əsas məqsəd təkrar emal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Sənaye parkının rezidentləri 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə vergidən azad edilir.

S komponenti (sosial məsələlər) üzrə hansı güzəştlər tətbiq olunur?

S komponentinin tərkib hissələrindən biri işçilər üçün güzəşt və imtiyazlarla bağlıdır. Milli əmək qanunvericiliyində həssas qruplardan olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlar əks olunub. Məsələn, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ təsbit edilib. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. İş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün uyğunlaşdırılması təmin edilməlidir.

"Məşğulluq haqqında" Qanunla müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Bu kvota sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz şəxslərin işlə təminatı üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir. Həmin şəxslərin sırasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.

Əmək qanunvericiliyində bir sıra kateqoriyalardan olan şəxslər üçün güzəşt və azadolmalar da əksini tapıb. Məsələn, Əmək Məcəlləsinə görə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Eyni zamanda, əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli iş yerlərində, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilməsi qanunvericilikdə təsbit edilib.

Əgər işçinin səhhəti və fizioloji vəziyyəti, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara öz ərizələri əsasında işəgötürən natamam iş vaxtı müəyyən etməlidir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Yaş yarımına çatmamış uşağı olan qadınlar öz ərizələri ilə uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirilə və ya ona uşağını yedizdirməsi üçün şərait yaradılmalıdır.

Əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə və digər kateqoriyalara sınaq müddəti müəyyən edilmir.

Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, yaşı 18-dən az olan işçilər və digər bir sıra kateqoriyalardan olan işçilərin attestasiyası keçirilmir.

Məzuniyyət zamanı da bir sıra kateqoriyalardan olan işçilər üçün güzəştlər tətbiq olunur. Məsələn, Əmək Məcəlləsində bildirilir ki, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti altı təqvim günündən az olmamalıdır.

S komponenti, həmçinin, əməyin mühafizəsi tədbirlərini əhatə edir. 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib. Ölkəmizdə bu sahədə siyasət mütərəqqi beynəlxalq standartlara uyğun qurulub, ötən dövrdə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyanı, o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 20-dən çox Konvensiyanı ratifikasiya edib.

Milli qanunvericiliyin əsas tələblərindən biri də odur ki, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürənin işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verməsi öhdəliyi qeyd olunmalıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini təmin etməlidirlər.

2023-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində olmaqla "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərmək, eləcə də bu sahələrdə təlimlər keçirmək, işəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin etmək məqsədi daşıyır.

G komponenti (idarəetmə sahəsi) üzrə güzəşt və azadolmalar

Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə "Banklarda korporativ idarəetmə standartları"na ESG prinsipləri inteqrasiya edilib. Bununla banklar uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə biznes strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESG amillərini və risklərin qiymətləndirilməsi prosesində ESG amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə risklərini də nəzərə almalıdır.

2023-cü ildə yeni ticarət və ticarət sonrası elektron sistemi istifadəyə verilib. Yeni elektron ticarət sistemi investorların fond birjası vasitəsilə məsafədən ticarətinə imkan verən müvafiq proqram təminatlarının inteqrasiyasına imkan verir.

Oxşar xəbərlər
14:43, Bu gün
Xəzərdə suyun səviyyəsi niyə artıb? - SƏBƏB
14:43, Bu gün
Qanunsuz fəaliyyət göstərən avtobuslar artıb - FOTO
14:38, Bu gün
ŞƏT əməkdaşlıq, əlaqələr, təhlükəsizlik üçün yeni imkanlar açır - TƏHLİL + FOTO
14:35, Bu gün
Bakıda uşaq bağçasının direktoru HƏBS OLUNDU
14:32, Bu gün
Azərbaycan XİN Belarusu təbrik etdi
14:29, Bu gün
Muxtar Babayev konqolu nazirlə görüşdü
14:27, Bu gün
Azərbaycanlı turistlər yayda ən çox BU ÖLKƏLƏRƏ GEDİR- MİSİR, TÜRKİYƏ...
14:22, Bu gün
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb”
14:17, Bu gün
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib... - TƏFƏRRÜAT
14:12, Bu gün
Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: Bu şəxsləri isə cəza gözləyir
14:08, Bu gün
Rusiya ATƏT PA-da iştirakını DAYANDIRDI
14:08, Bu gün
Dekoltesinə görə gəlinliyi tənqid olundu - FOTOlar
14:05, Bu gün
Ukrayna müharibəsinə təsir edən üç amil - MKİ-nin sabiq direktoru açıqladı
14:03, Bu gün
İctimai Birliyinin sədri  ÇAĞIRIŞ ETDİ: "ÖVLADLARIMIZA KÖMƏYİNİZ LAZIMDIR"
13:55, Bu gün
“Nə yanğınsöndürən, nə təcili yardım gəlir, taxıl biçilib maşın gəlmir ki, yollar pis gündədir” - Oxud kəndindən ŞİKAYƏT - VİDEO+FOTO
13:52, Bu gün
Astanada İlham Əliyevin Vladimir Putinlə görüşü keçirilir - VİDEO
13:50, Bu gün
Türkiyəli aktyor həmcinsi ilə dodaq-dodağa öpüşdü - FOTO
13:50, Bu gün
"Manatlıq" taksi xidməti bahalaşdı - VİDEO
13:46, Bu gün
Metro və avtobuslarda aylıq kartlar - Güzəştlər olunacaq
13:43, Bu gün
FHN "Alov qüllələri”ndə təlim keçirdi - VİDEO
13:42, Bu gün
"O qoldan sonra iliklərimə qədər..." - Demiral "Bozqurd" işarəsindən danışdı - VİDEO
13:40, Bu gün
Azərbaycanın iki idmançısına çempionluq nişanı göndərilib
13:36, Bu gün
Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA
13:35, Bu gün
Siyavuş Novruzov və Sevinc Hüseynova deputatlığa namizədliyini irəli sürməyəcək - SƏBƏB
13:31, Bu gün
Azərbaycanda 900 min manata GƏMİ SATILIR
13:29, Bu gün
Lift “terroru”ndan 20 gün sonra “Şərur MTK” HƏRƏKƏTƏ KEÇDİ
13:27, Bu gün
Təranə Musadan ayrılır? - VİDEO
13:23, Bu gün
Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edildi - RƏSMİ
13:19, Bu gün
“İranda seçkilərin taleyi də ali dini rəhbərlik tərəfindən həll edilir...”-Ekspert
13:18, Bu gün
Sabahın HAVA PROQNOZU açıqlandı
13:14, Bu gün
Ermənistanda hərbi hissədə əsgərin meyiti tapıldı
13:10, Bu gün
ŞOK: Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən AÇIQLAMA + VİDEO
13:06, Bu gün
Türkçülük tarixinin Mahmud Kaşğari zirvəsi
13:01, Bu gün
Aşığın sözü qurtaranda dalay-dalay deyər
12:57, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı KƏSKİN ARTACAQ - Məbləğ AÇIQLANDI
12:53, Bu gün
Bakıda yeni marşrut xətti istifadəyə verildi
12:49, Bu gün
Tramp Putinlə danışıqlar aparır
12:45, Bu gün
YAP-ın iclası keçirildi: Səlahiyyətli nümayəndələr müəyyənləşdi - YENİLƏNİB
12:42, Bu gün
Qumral: “Hotel əxlaqsızlıq yuvası deyil ki, ora getməyim” - VİDEO
12:37, Bu gün
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə baş verdi - VİDEO
12:35, Bu gün
Seysmoloqdan XƏBƏRDARLIQ: Bakını gözləyən zəlzələnin  vaxtını  AÇIQLADI - "Liftə minməyin, qapını tez açın... "
12:32, Bu gün
Avropa Parlamentində anti-Rusiya sanksiyalarına qarşı yeni fraksiya yaradılır
12:30, Bu gün
"Windows 11" yeniləməsi kompüterin sürətini yavaşladır?
12:26, Bu gün
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölən və yaralılar var
12:25, Bu gün
Ucarda üç uşaq anasının faciəli ölümü: "Yoldaşımın başı qapıya dəyib, yarılıb" - VİDEO
12:20, Bu gün
Ermənipərəst konqresmenlər dayanmır - Bakıdan sərt reaksiya
12:15, Bu gün
92 min manat mənimsəyən alim və arvadı barədə QƏRAR VERİLDİ
12:02, Bu gün
Tanınmış aktrisanı atası zorla evləndirmək istədi, o isə başqasına qoşulub qaçdı“ - Ailəmdən imtina etdim” - FOTO
12:00, Bu gün
ATƏT PA-da Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğvi tələb edildi
11:58, Bu gün
İlham Əliyev Qazaxıstanın Astana şəhərində səfərdədir
11:55, Bu gün
ADU və Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir - FOTO
11:50, Bu gün
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək - FOTO
11:45, Bu gün
"Hazırda Rusiyada yaşayanlar ya qorxub susanlar, ya da rejimin gerçək qullarıdır" - Aleksandr Nevzorov
11:40, Bu gün
Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?
11:40, Bu gün
Merih Demiral Avstriya ilə oyunda iki rekorda imza atdı
11:35, Bu gün
Ali Məhkəmənin adı ilə dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb
11:30, Bu gün
BMT Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləməkdə davam edəcək
11:26, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
11:22, Bu gün
Gürcüstan futbolçuları ölkə prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif olunublar
11:18, Bu gün
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:15, Bu gün
"BTS"in üzvü məşəl daşıyacaq
11:10, Bu gün
Qərar qüvvəyə mindi - narazı çox, razılar isə...
11:05, Bu gün
Qazaxıstan Bakıda keçiriləcək COP29-da bütün rolunu oynayacaq - BMT-nin baş katibi
10:58, Bu gün
Ədliyyə Nazirliyində YENİ TƏYİNATLAR
10:55, Bu gün
Kolumbiya millisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırıb
10:50, Bu gün
BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş
10:47, Bu gün
Geni dəyişdirilmiş daha bir qidaya icazə verildi
10:45, Bu gün
Dədə Qorqudlu dünyamız...
10:43, Bu gün
Qonşu Respublikada  niqab qadağan olundu
10:40, Bu gün
Nazirə yeni müşavir təyin edildi
10:36, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
10:32, Bu gün
Nazir Cəmil Kamillini rəis təyin etdi
10:24, Bu gün
Baş nazirdən taksi sürücüsü olmaq istəyənlər barədə QƏRAR 
10:23, Bu gün
“Yükdaşıma qaydalarını pozan sürücülər 40 manat cərimə oluna bilərlər”-ARAŞDIRMA+ÖZƏL
10:18, Bu gün
"Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)
10:09, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ: Saat 10-dan...
10:07, Bu gün
“Köhnə deputatlardan neçə faizi yerində qalacaq?..”- Analitik şərh edir...
10:06, Bu gün
DİQQƏTLİ OLUN! Bu əlamətlər varsa TELEFONUNUZ İZLƏNİLİR
09:59, Bu gün
Mənzil bazarında kəskin bahalaşma-100 000 manata köhnə tikililər indi... VİDEO
09:57, Bu gün
Hotel binalarında fantastik qiymətə mənzil alanların sayı artıb
09:49, Bu gün
Südlü çay içmək ziyandır?
09:38, Bu gün
Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşır
09:33, Bu gün
Dəmiryol nəqliyyatında DƏYİŞİKLİK 
09:31, Bu gün
Əli Əsədov qərar imzaladı
09:29, Bu gün
Rəqabət Məcəlləsi qüvvəyə mindi - sonra?..
09:29, Bu gün
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bəyanatla çıxış edib
09:21, Bu gün
Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun
09:16, Bu gün
Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?
09:08, Bu gün
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
09:00, Bu gün
Qarpızın yaxşısını süni intellektin köməyi ilə seçdi: maraqlı GÖRÜNTÜLƏR
08:44, Bu gün
Nazirlik "Norm"u məhkəməyə verdi
08:42, Bu gün
Azərbaycan mobil internetə qoşulma üzrə Gürcüstan hətta viran qoyulmuş Ukraynadan da geridədir... 
08:28, Bu gün
Avtobus dayanacaqlarındakı lövhələr sakinlərdə çaşqınlıq yaradır - VİDEO
08:17, Bu gün
"Oskar"lı rejissor vəfat etdi
08:10, Bu gün
İyulda bürclər üçün ən xoşbəxt gün hansı olacaq? - PROQNOZ
08:00, Bu gün
Paltar yuyulanda niyə duz tökülür? – Evdar qadınların çoxu bilmir
07:55, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
07:44, Bu gün
Ərdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır
07:32, Bu gün
Beyləqanda yol qəzasında iki nəfər ölüb, beş nəfər xəsarət alıb
07:21, Bu gün
Şəhəri bir-birinə qatan xanım sürücü: "Day-dayım var"
GÜNLÜK
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
02 Jul 2024 | 15:10
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
02 Jul 2024 | 15:07
Pensiya artımları kimlərə şamil olunacaq?
02 Jul 2024 | 16:36
Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”-ARAŞDIRMA+ÖZƏL
02 Jul 2024 | 15:51
“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”-FOTO
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
29 Jun 2024 | 10:30
Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də "daş dövrüdür" - ŞİKAYƏT-VİDEOLAR+ÖZƏL
AYLIQ
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
02 Jul 2024 | 15:10
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
02 Jul 2024 | 15:07
Pensiya artımları kimlərə şamil olunacaq?
02 Jul 2024 | 16:36
Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”-ARAŞDIRMA+ÖZƏL
02 Jul 2024 | 15:51
“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”-FOTO
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ