"İqtisadi artımın birinci şərti əsas kapitala investisiyaların artırılmasıdır"
Moderator.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri, iqtisad elmlər doktoru Saleh Məmmədov sosial şəbəkədə yazıb:
"İqtisadi artımın birinci şərti əsas kapitala investisiyaların artırılmasıdır. Özbəkistan da bu məsələdə doğru yol seçmişdir və ciddi uğur qazanmışdır. Ciddi uğur qazanan ölkələrin hamısı bu yolu tutmuşdur. Məsələn, ən dayanıqlı artım əldə edən Çində əsas kapitala yönəldilən investisiyaların UDM-də payı son 45 ildə heç vaxt 40%-dən aşağı düşməmişdi. Bu il üçün də 42% planlaşdırılır. Təəssüf ki, Azərbaycanda iqtisadi artımın zəifləməsi də bu amillə əlaqədardır. Bu göstərici ölkədə 13%-dən də aşağı düşmüşdür (hamıdan çox resurs olmasına baxmayaraq), bu göstərici Azərbaycan tarixində (1960-ci ildən bəri) və dünya ölkələri ilə müqayisədə ən aşağı göstəricidir. Resursları və zərurəti nəzərə alsaq bu göstərici Azərbaycanda 50%-dən aşağı düşməməlidir. Buna görə də ölkə iqtisadiyyatı 10 ildir ki, yerində sayır, iqtisadi göstəricilər üzrə ölkənin səviyyəsi hələ 2014-cu ilə çatmamışdı".