Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ona məxsus “ASCO Nəqliyyat” MMC-nin nizamnamə kapitalını 35 851 manat və yaxud 0,6 % artırıb.
Moderator.az xəbər verir ki, şirkətin kapitalı 6 276 399 manatdan 6 312 250 manata çatdırılıb.
Xatırladaq ki, “ASCO Nəqliyyat” 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu il ASCO-ya məxsus “ASCO Logistics” və “ASCO Mühafizə” MMC-lər fəaliyyətinə xitam verərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduqlarını elan edib. Son nəticədə “ASCO Nəqliyyat” yenidən təşkil edilib, ləğv olunmuş şirkətlərin hüquq və vəzifələri ona keçib.