“Azərbaycan” Elmi İstehsalat Birliyinə qarşı ittiham – Gömrük qaydalarını pozub
3029
02 Apr 2024 | 23:26

“Azərbaycan” Elmi İstehsalat Birliyinə qarşı ittiham – Gömrük qaydalarını pozub

“Azərbaycan” Elmi İstehsalat Birliyi cərimələnə bilər. 
 
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (On beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılması) maddəsi ilə inzibati iş başlanıb. 
 
İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. 
 
499.1.1-ci maddəyə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
 
“Azərbaycan” Elmi İstehsalat Birliyi 1994-cü ildən fəaliyyət göstərir. 
 
Şirkət aşağıdakı xidmətlər üzrə ixtisaslaşıb:
 
Metal konstruksiyaların və modulların hazırlanması;
 
Orta və yüksək təzyiqli neft-qaz və su boru kəmərlərinin quraşdırılma işləri;
 
Logistika və kommersiya işləri;
 
Sənayə və mülki tikinti-quraşdırma işləri;
Link kopyalandı!
Son xəbərlər