“Azərbaycan hərbi-siyasi gərginlik fonunda mühüm sosial nailiyyətlərə imza atıb”
2203
02 Mar 2024 | 16:05

“Azərbaycan hərbi-siyasi gərginlik fonunda mühüm sosial nailiyyətlərə imza atıb”

Musa Urud: “Dövlət büdcəsinin 42%-i sosial xərclərə yönəlib ki, bu da çox böyük göstəricidir”

 

Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində ölkəmizdə sosial sahədə görülən işlərə diqqət çəkib, əldə edilən nailiyyətlərə toxunub. İlham Əliyev bildirib ki, son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirilib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Musa Urud Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial sahədə çox ciddi uğurlara imza atdığını bildirib:

 

“Son 20 ildə ölkəmizdə sosial sahədə çox ciddi uğurlar, tarixi nailiyyətlər əldə edilib. Məşğulluğun təmin olunması, işsizliyin azaldılması, müavinətlərin, pensiyaların, əmək haqlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar ölkəmziə sosial sahədə aparılan islahatların nəticəsidir. Bu islahatlar dövlət başçısınımn diqqət və qayğısı sayəsində həyata keçirilib.

 

Bununla paralel olaraq uşaq baxçalarının, məktəblərin, mədəniyyət evlərinin, səhiyyə müəssisələrinin tikilməsi, parkların, yolların abadlaşdırılması da sosial siyasətin tərkib hissəsidir.

 

Bu gün dövlət büdcəsinin 42%-i sosial xərclərə yönəlib. Ümummilli liderin dövründən bugünə qədər dövlət büdcəsində sosial xərclər hər zaman 30%-dən çox olub. Bu isə olduqca yüksək göstəricidir.

 

Yeni iş yerlərinin açılması da sosial sahədə görülən işlər sırasındadır. Şəhid ailələrinin, qazilərin, əlillərin sosial problemlərinin həlli də dövlət büdcəsindən həyata keçirilir. Mütəmadi şəkildə bu sahədə artımlar olur. Onu da unutmaq olmaz ki, bütün bunlar mövcud hərbi-siyasi şəraitdə davam edir. Odur ki, görülən bu işlər yüksək qiymətləndirilməli və təqdir olunmalıdır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər