Türkmənistanda SOCAR-ın ofisi açıldı - FOTO
İqtisadiyyat
1808
28 Nov 2023 | 17:41

Türkmənistanda SOCAR-ın ofisi açıldı - FOTO

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında bildirib.

“Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər