Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb - FOTO
1704
09 Oct 2023 | 16:37

Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb - FOTO

“Technovate - Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər. Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər