Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 18 % artıb
İqtisadiyyat
2890
16 Sep 2023 | 13:18

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 18 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 261 milyon 917 min ABŞ dolları təşkil edib.
 
Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % çoxdur.
 
MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 28,7 %-ni təşkil edib.
 
Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 2 milyard 786 milyon 710 min ABŞ dolları (1 il əvvələ nisbətən 26,8 % çox), Türkmənistanla 644 milyon 767 min ABŞ dolları (2,7 dəfə çox), Qazaxıstanla 256 milyon 700 min ABŞ dolları (30,5 % az), Belarusla 218 milyon 349 min ABŞ dolları (18,8 % çox), Ukrayna ilə 208 milyon 742 min ABŞ dolları (2,4 dəfə az), Özbəkistanla 105 milyon 929 min ABŞ dolları (10,6 % az), Qırğızıstanla 29 milyon 733 min ABŞ dolları (5,9 dəfə çox), Moldova ilə 6 milyon 880 min ABŞ dolları (48,9 % az), Tacikistanla 4 milyon 103 min ABŞ dolları (7,2 % çox) olub.
 
8 ay ərzində Azərbaycandan Rusiyaya 794 milyon 478 min ABŞ dolları (illik müqayisədə 46,1 % çox), Qazaxıstana 75 milyon 39 min ABŞ dolları (72 % çox), Türkmənistana 56 milyon 622 min ABŞ dolları (4,7 dəfə çox), Ukraynaya 53 milyon 561 min ABŞ dolları (6,2 dəfə az), Özbəkistana 29 milyon 849 min ABŞ dolları (2,1 % çox), Qırğızıstana 27 milyon 323 min ABŞ dolları (22,3 dəfə çox), Belarusa 19 milyon 859 min ABŞ dolları (4 dəfə az), Tacikistana 4 milyon 62 min ABŞ dolları (9 % çox), Moldovaya 3 milyon 645 min ABŞ dolları (2,9 dəfə az) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3 %, Qazaxıstan 0,3 %, Türkmənistan 0,2 %, Ukrayna 0,2 %, Özbəkistan 0,1 %, Qırğızıstan 0,1 %, Belarus 0,08 %, Tacikistan 0,02 %, Moldova 0,01 % paya sahib olub.
 
Yanvar-avqustda Azərbaycana Rusiyadan 1 milyard 992 milyon 232 min ABŞ dolları (20,5 % çox), Türkmənistandan 588 milyon 145 min ABŞ dolları (2,5 dəfə çox), Belarusdan 198 milyon 490 min ABŞ dolları (93,8 % çox), Qazaxıstandan 181 milyon 661 min ABŞ dolları (1,7 dəfə az), Ukraynadan 155 milyon 180 min ABŞ dolları (5 % az), Özbəkistandan 76 milyon 80 min ABŞ dolları (14,7 % az) Moldovadan 3 milyon 235 min ABŞ dolları (25,3 % çox), Qırğızıstandan 2 milyon 409 min ABŞ dolları (36,8 % az), Tacikistandan 40 min ABŞ dolları (59,6 % az) dəyərində məhsul idxal edib. Ölkənin ümumi idxalında Rusiya 17,9 %, Türkmənistan 5,3 %, Qazaxıstan 1,6 %, Belarus 1,8 %, Ukrayna 1,4%, Özbəkistan 0,7 %, Qırğızıstan 0,02 %, Moldova 0,03 % paya sahib olub.
 
Link kopyalandı!
Son xəbərlər