”Bank faiz dərəcələrinin soyğunçu xarakteri aradan qaldırımalıdır”  - Əli Məsimli
İqtisadiyyat
4258
05 Jun 2023 | 12:14

”Bank faiz dərəcələrinin soyğunçu xarakteri aradan qaldırımalıdır”  - Əli Məsimli

”Bank faiz dərəcələrinin soyğunçu xarakteri aradan qaldırımalıdır”.
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.
 
Əli Məsimli  bildirib ki,maliyyə bazarının tənzimlnməsi ilə bağlı Mərkəzi Bank haqqında,Banklar haqqında qanunda,eləcə də digər normativ –hüquqi aktlara  təklif olunnan  dəyişikliklər zəruridir,amma  maliyyə-bank sistemində müasir çağırışlar səviyyəsində islahatları həyata keçirmək üçün  yetərli deyil. Ona görə də Mərkəzi Bankın maliyyə sahəsi üzrə işləyib hazırladığı Strategiyanın dolğın şəkildə reallaşdırılmasının mükəmməl hüquqi bazasını yaratmaqdan ötrü  BANK MƏCƏLLƏSİNİN qəbul edilməsini vacib hesab edirik. 
 
Əli Məsimli  bildirib ki, keçən ilin payızında proqnozlaşdırılmışdı ki,2023-cü ildə inflyasiya  6,9% olacaq.O vaxt biz demişdik ki, bu rəqəm  real deyil.İndi inflyasiya proqnozu bu il üçün 10,4% götürülüb. Mərkəzi Bankın proqnozlarında isə bir az da azaldaraq 8,3% götürülüb.Yenə də deyirik ki, bu da real deyil. Əli Məsimli Mərkəzi Bankın sədrinə sual edib ki, bu il  inflyasiyanın  birrəqəmli olmasının hansı rıçaqların vasitəsilə təmin edilməsi nəzərdə tutulur? Bütün dünyada uçot dərəcəsi vaistəsilə inflyasiyaya təsir göstərilir. Mərkızi Bankın uçot dərəcəsi real sürətdə Azərbaycan iqtisadiyyatında, maliyyə sektorunda bir rolu varmı, inflyasiyaya təsir edirmi? Millət vəkili əlavə edib ki, inflyasiyaya monetar amillər təsir edir və təbii ki, onun səngidilməsində də monetar alətlərmüəyyən rol oynaya bilər.Amma Azərbaycandakı inflyasiya təkcə monetar amillərlə bağlı deyil. Azərbaycanda inflyasiya törədən və onu sürətləndirən amillər çoxdur,Onların içində son vaxtlar xaircdən gələn idxal inflyasiyasının payı xeyli artıb.İnhisarçılıq meyllərindən qaynaqlanan inflyasiya da çox yüksəkdir. Azərbaycan iqtisadiyyatında gedən proseslərin məntiqindən doğan  inflyasiyanın da öz yeri var.Müxtəlif süni  göstəricilər, sahibkarlardan alınan müxtlif pullar və sair da onların gətirdiyi və ya istehsal etdiklıri mal,məhsul və xidmətlərin maya dəyərinə əlavə edilib qiymətlərin artmasında ciddi rol oynayır  və sair. Ona görə də inflasiyanın sürətlənməsinin səbəblərini obyektiv araşdırmaq və əhalini çoxnaraghat edən bu problemin optimal həlli yolunu tapmaq lazımdır”.
 
Əli Məsimli  qeyd edib ki, Banklara qanunvericiliyin imkan verdiyi dərəcədə  nəzarət,onların fəaliiyətinin səmərəliyinin artırılmasına  təsir edən  tənzimlənmı alətlərindən istifadə edilməsi,sağlamlaşdırılması  və sair bu istiqamətlərdə  fəaliyyət  yaxşıdır.Amma bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır”.Bu sahədəki problemlərin həlli sürətləndirilməlidir ki,bağlanmış banklarda əmanəti olan şəxslər bu qədər problem və əziyyətlərlə qarşılaşmasın.
 
Əli məsimli xüsusi vurğulayıb ki,bank faiz dərəcələrinin çoxu ikirəqəmliidr və  belə yüksək faiz dərəcələri əslində soyğunçü xarakter daşıyır. İkirəqəmli faiz dərəcələri ilə kretit götürüb  və onu real sektora,istehsal sahələrinə qoymaq yerli istehsalı inkişaf etdirmək mümkün deyil.  Bunlar ancaq ticarətdəki  bir neçə aylıq müddətdəki əməliyyatlar üçün  müəyyən effekt verə bilər, amma belə yüksək faizlərlə kreditdən istehsalı inkişaf etdirmək üçün istifadə etmək mümkünsüzdü.  Bu baxımdan əgər inflyasiyanın endiririlməsi tədbirləri nəzərdə tutulursa,onda bu bank faizlərinin də aşağı düşməsinə gətirib çıxaran amillərlə də əlaqələndirilməlidir. Etibarlı rıçaqlardan istifadə etməklə  bank kreditlərinin iqtisadiyyatın real dektoru ilə əlaqəsi gücləndirilməli,xüsusən də regionlara sərmayə qoyuluşu və əlverişli şərtlərlə aşağı faizli kreditləşmənin dairəsi  genişləndirilməlidir. 
 
Əli Məsimli  onu da  bildirib ki,bank sistemində  inhisarçılıq meyllərinin aradan qaldırılması, etibarlı rəqabət mühititin təmin edilməsi çox vacibdir və bunun üçün zəruri islahatlar həyat keçirilməli,o cümlədın məlum təhlükəsizlik tədbirləri də görməklə, Azərbaycanın perspektivli qeyri- neft istehsal sahələrini,sahibkarlığı,innovativ layihələrin  maliyylşdirilməsinin  dairəsini genişləndirməkdən ötrü  xarici bankların filiallarının  fəaliiyətinə şərait yaradılması məqəsdəuyğun olar. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər