Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını artırıblar
3587
20 May 2023 | 10:45

Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını artırıblar

Bu ilin I rübündə Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6966 manatdan alıb, 1,7030 manata satıb.

 

Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 64 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 % çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6979 manatdan alıb, 1,7024 manata satb, bununla da, hər 100 dolların alqı-satqısından 45 qəpik gəlir əldə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər