3861
02 May 2023 | 15:27

"Azərbaycan Avropanın 10 ölkəsinə qaz ixrac etməklə Avrasiyanın enerji xəritəsini yenidən cızır"

Keçən həftənin ən mühüm hadisələri arasında aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanması xüsusi yer tutur.Bu, iqtisadi,siyası,geoiqtisadi,geosiyasi,regional,qlobal və sair cəhətlərdən çox mühüm əhəmiyyət kəsb edir.
       
Moderator.az xəbər verir ki, bunu parlamentin bugünki iclasında millət vəkili Əli Məsimli bildirib:
 
"Həmin Anlaşma Memorandumu Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə sözügedən regiona əlavə qaz təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədə Azərbaycanın rolunu xeyli artırır. 
         
Son vaxtlar dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu Anlaşma Memorandumu”nun imzalanması xüsusilə mühüm əhəmiyyət kəsb edir.
     
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciətində Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılmasında  Azərbaycanın roluna toxunaraq dedi ki: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. 
     
Bolqarıstan Prezidenti Rumen Radev bildirdi ki, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu. Bu həll təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütün Mərkəzi və Cənub-Şərqi Avropaya ən sürətli, ən səmərəli və ən sərfəli şəkildə şaxələndirmə istiqamətində həlldir.
     
Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycan Avropada ən azı10 ölkəyə mavi qaz ixrac edəcək. 
     
Bu əsasda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artır. Digər tərəfədən bu,Azərbaycanın  geosiyasi mövqeyininin daha da möhkəmlənməsinə yeni imkanlar açır.Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə strateji əmkdaşlığı da güclənir. Bu əməkdaşlıq  tərəflərin daha çox fayda və gəlir əldə etməklərinə də əlavə imkanlar yaradır.Təbii ki, Azərbaycanın Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması sahədəki genişmiqyaslı və səmərəli fəaliyyəti regionun ümumi inkişafına öz töhfəsini verəcəkdir. Və həm də Azərbaycanın regionda mövqeyi daha da gülclənəcək.
       
Bütün bunlar bizə belə bir nəticəyə dəlməyə əsas verir ki, Azərbaycan, “Əsrin Müqaviləsi” və digər neft-qaz meqalayihələri ilə başlanan fəal enerji diplomatıyasını  yeni  strateji layihələrin reallaşdırılması ilə davam etdirir və Avropa bazarına neft,qaz ixracının genişləndirilməsi ilə yanaşı, yaşıl enerjinin əsas ixrac istiqamətini də Avropaya yönəltməklə XXI əsrin energetika siyasətinə korrektələr etməkdə davam edir və doğrudan da  Avrasiyanın enerji xəritəsini yenidən cızır". 
Link kopyalandı!
Son xəbərlər