03:46
                            
7°C
                                            
                                            Bakı
                                         
                            ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində qızıl cüzi ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,22 % və ya 4,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 846,15 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,5 % düşərək 1 unsiyası 21,707 ABŞ dolları təşkil edib.
Bazar iştirakçıları fevral iclasının protokollarında tənzimləyici orqanın gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər.
 
                             
                             
                             
                            