Azərbaycanda dövlət şirkəti ləğv olundu
2180
11 Mar 2026 | 16:34

Azərbaycanda dövlət şirkəti ləğv olundu

Ləğv olunmuş "Azərsu" ASC-nin tabeliyindəki "Birləşmiş Sukanal" MMC ləğv olunduğunu elan edib.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirə bilərlər.
 

Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. 


"Azərsu" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər