Bu kollecə yeni direktor təyin olundu – FOTO
2108
18 Feb 2026 | 14:41

Bu kollecə yeni direktor təyin olundu – FOTO

Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri əmr imzalayıb.
 

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.


Xatırladaq ki, fevralın 3-ü Namiq Çərkəz oğlu Ağamaliyev “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilmişdi.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər