AYİB-lə əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib
İqtisadiyyat
3583
19 Jan 2023 | 18:39

AYİB-lə əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanla görüşüb.
 
Nazirlikdən verilən məlumata görə, nazir müavini Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in etibarlı tərəfdaş olduğunu, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyini vurğulayıb. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
 
AYİB-in Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanda aparılan iqtisadi islahatların Bank tərəfindən dəstəkləndiyini bildirib.
 
Tərəflər tərəfdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə ediblər
Link kopyalandı!
Son xəbərlər