Daha 40 nəqliyyat vasitəsi özəlləşdirildi
625
02 Dec 2025 | 19:28

Daha 40 nəqliyyat vasitəsi özəlləşdirildi

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin biri Maliyyə Nazirliyinə, 39-u isə Müdafiə Nazirliyinə məxsusdur. Onlardan sadəcə biri - "Mercedes Benz S320" markalı avtomobil - start qiymətindən (6 500 manat) iki dəfədən (15 800 manata) baha qiymətə satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər