“Vergilər büdcə gəlirlərini təmin etmək üçün artırılır” iddiasına Komitə sədrindən CAVAB
520
19 Nov 2025 | 11:48

“Vergilər büdcə gəlirlərini təmin etmək üçün artırılır” iddiasına Komitə sədrindən CAVAB

“Büdcə zərfi ilə bağlı səslənən fikirlərdən biri bundan ibarətdir ki, guya hökumət vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətindədir. Bu fikirlər reallığı əks etdirmir.

Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilirsə, nə üçün cəmi 0,7 faiz artırılır?!”
 

MÖVZU İLƏ BAĞLI:

Azər Əmiraslanov: "Bu nə vaxtdan iqtisadi durğunluq hesab edilir?!"


Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında "2026-cı ilin büdcə zərfi"nin müzakirəsi zamanı deyib.

Komitə sədri gələn il üçün güzəştlərin tətbiq edildiyini bildirib:
 

“Məqsəd vergi yükünü artırmaqdırsa, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həcmində, yəni 6,6 milyard manatlıq vergi, gömrük güzəşt və azadolmaları tətbiq edilir?!


Rəqəmlər və hökumətin rəsmi açıqlamaları da göstərir ki, büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsi ilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur”.

Günay Şahmar, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər