Sahibkarlarla növbəti görüş Şəmkir rayonunda keçiriləcək
2816
25 Dec 2022 | 18:06

Sahibkarlarla növbəti görüş Şəmkir rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
 
SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
 
Aksiya Şəmkir şəhəri, Gənclər Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 27-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Link kopyalandı!
Son xəbərlər